Min Bir Dad

Ayran

0
Ayran

Ayran

Lazım olanlar: 

  • Qatıq: 2/3 litr (yağlı qoyun qatığı olması daha yaxşıdır),
  • Soyuq su: 2 litr (qazlaşdırılmış su da ola bilər),
  • Şüyüd (istəyə görə),
  • Xiyar (istəyə görə),
  • Quru nanə (istəyə görə),
  • Duz

Hazırlanma qaydası: 

Ayran hazırlamaq üçün qatıq az-az bir qaba tökülür.

Burada əvvəlcə qatıq möhkəm qarışdırılaraq əzilir.

Sonra su ilə  qarışdırılır.

Xırda doğranmış şüyüd və duz əlavə edilir.

Sürtkəcdən keçirilmiş xiyar da əlavə etmək olar.

Ayran soyuq halda içilməsi məsləhət olan içkidir.

 

So, what do you think ?