sayfa içeriği

Min Bir Dad

Azərbaycan salatı

0
Azərbaycan salatı

Azərbaycan salatı

Azərbaycan salatı

Lazım olan ərzaqlar:

  • 60 qram təzə pomidor,
  • 45 qram təzə xiyar,
  • 15 qram yaşıl soğan,
  • 20 qram baş soğan,
  • 40 qram qırmızı turp,
  • 10 qram şüyüd.
  • 30 qram xama,
  • Təzə bibər ( qırmızı rəngdə olsa daha yaxşı olar),
  • Duz (zövqə görə),
  • İstiot (zövqə görə),
  • Yaşıl kahı yarpağı (bəzək üçün),
  • Motal pendiri (istəyə görə),
  • Təzə yaşıl nanə (istəyə görə),

Azərbaycan salatı hazırlanma qaydası:

  • Azərbaycan salatı hazırlamaq üçün ərzaqlar: pomidor, xiyar, yaşıl soğan, qırmızı turp, şüyüd, bibər bol su ilə təmiz yuyulur.
  • Şüyüd və soğan yapraplarında torpaq hissəcikləri qalmaması üçün əvvəlcədən içərisində su olan bir qabda gözlədilməsi məsləhətdir.
  • Təmiz yuyulan tərəvəzlər suyunu çəkməsi üçün süzgəcdə biraz gözlədilir.
  • Bundan sonra təzə pomidor, xiyar və bibər nazik dairə şəklində doğranılır.
  • Doğranılan tərəvəzlər geniş bir qaba qoyulur.
  • Təmiz yuyulan göy soğan kiçik – kiçik doğranılır.
  • Doğranmış tər soğan, əvvəlcə doğradığımız pomidor, xiyar, bibərlərin ortasına tökülür.
  • Bundan sonra sıra gəldi baş soğana.
  • Baş soğanın qabıqları təmizlənir.
  • Qabıqları təmizlənən baş soğan fal – fal halqavari doğranır.
  • Halqavari doğranılan baş soğan dilimləri də pomidor, xiyar, bibər və yaşıl soğanların üzərinə səliqəli bir şəkildə düzülür.
  • Bundan sonra  üzərinə istiot, duz vurulur.
  •  Sonra isə salata ən üsttən xama əlavə edilir.
  • Salat demək olar ki ,hazırdır.
  • Bundan sora əvvəlcədən yuyub suyunu süzdüyümüz yaşıl şüyüdlər ayırtlanır və kiçik – kiçik doğranılır. Kiçik – kiçik doğranılan şüyüd parçaları, xamanın üzərindən salata səpilir.
  • Salatı bəzəmək üçün yanlarını yaşıl kahı yarpağı ilə bəzədilir.

Qeyd:

  • Bəzən Azərbaycan salatı hazırlayarkən, içərisinə iri – iri doğranmış motal pendiri və təzə nanə də əlavə edilir.
  • Bu tamamən salatı hazırlayan və istehlak edən şəxslərin ağız dadına və zövqünə bağlı bir seçimdir.

 

Nuş olsun!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *