Min Bir Dad

Bəkməzli yuxa şirniyyatı

 Bəkməzli yuxa şirniyyatı

Bəkməzli yuxa şirniyyatı

İç   xərci üçün lazım olan ərzaqlar:

  • 1 su stəkanı doğranmış qoz,
  • 1 su stəkanı doğranmış fındıq,
  • yarım stəkan  üzüm,
  • 4 yemək qaşığı üzüm  bəkməzi,

Şərbəti üçün lazım olan ərzaqlar:

  • 3 stəkan  su,
  • 3 stəkan toz şəkər,
  • 2 – 3 damcı  limon suyu,

Qızartmaq üçün lazım olan ərzaqlar:

Maye yağ,

Süsləmək üçün:

  • Toz  fıstıq,

Hazırlanma qaydası:

  • Qoz və fındıqları incə -incə doğrayın.
  • Üzümləri suda saxlayın.
  • Ardından qoz, fındıq, üzüm və bəkməzi qarışdırın.
  • Şərbəti üçün olan ərzaqları  bir sos qazanında  qaynamağa buraxın. Şərbət yetəri qədər qaynadıqdan sonra 2 – 3 damcı  limon suyu sıxıb soyumaya buraxın.
  • Yuxanı ortadan ikiyə kəsin.
  • Boyuna olacaq şəkildə 4 barmaq genişliyində  uzun lent  halında kəsin.
  • Hazırladığınız iç xərcindən  1-2 şirniyyat  qaşığı kəsdiyiniz yuxa lentinin içərisinə qoyun və sərin.
  • Qatlayarkən yuxanın ucunu yumurta ağına bulayaraq qapadın.
  • Bir tavada yağı  yaxşıca  qızdırın və  hazırladığınız börəklərinizi  qızardın.
  • Tamamən qızartdıqdan sonra üzərinə  soyukq  şərbət tökün. Servis edərkən üzərini toz fıstıq ilə süsləyin.

 

So, what do you think ?