sayfa içeriği

Min Bir Dad

Bərəkətli şiş kabab

Bərəkətli şiş kabab

 

bərəkətli-sis-kabab

bərəkətli-sis-kabab

Bərəkətli şiş kabab

Bərəkətli doyurucu olan yuxalı şiş kabab tərifini sizlərin diqqətinə çatdırıram. Bu kababı hazırladığınız zaman yanında plov verməsəniz də olar. Bu kabab həm bərəkətli , həm də çox doyurucudur. Yaxınlarınızla birlikdə “Bərəkətli şiş kabab” hazırlamağınızı və sevinclə , ləzzətlə yeməyinizi arzu edirəm.

 

 

 

Bərəkətli şiş kabab üçün lazım olan ərzaqlar:

  • 2 ədəd hazır yuxa.
  • 250-300 qr  az yağlı qiymə,
  • 1ədəd soğan,
  • 2ədəd  kartof,
  • 1 kiçik kök,
  • Bir tutam cəfəri,
  • 2 yemək qaşığı suxarı,
  • duz,
  • istiot.

Pomidor  sosu üçün:

  • 2 ədəd pomidor,
  • 1 yemək qaşığı zeytun yağı.
  • 1 diş sarmısaq
  • Bir çay qaşığı kəklikotu

Bərəkətli  şiş kababın hazırlanması:

  • Tərəvəzləri istər qıyma maşınından keçirin, istəsəniz rəndələyin.
  • Çox sulandısa yüngülcə suyunu sıxın.
    İçinə qiyməni, ədviyyatları, duzu, çörək ununu qoyub yoğurun.
    Yuxanın  birini sərib, üzərini yüngülcə yağlayın
    Yarıya yaxın qisimini qatlayın.
  • Uzun hissəyə küftə vəsaitini alıb şiş kabab qalınlığında yerləşdirin.
    Kənar qisimləri içə doğru qatlayıb rulon şəklində bükün.
    iki barmaq qalınlığında dilimləyib, küftə qismi yuxarı qalacaq  şəkildə şişlərə taxın.
  •  Hər şişə altı ədəd küftə yığın.
    Qalan küftələri isə ikinci yuxaya bükün və eyni əməliyyatı yerinə yetirin.
    Yağlanmış bir nimçəyə düzün.
  • Bir fırça köməkliyi  ilə  köftələrin üzərini yüngülcə yağlayın.
    200 dərəcəlik fırında  yuxalar yüngül qızarana qədər bişirin.
    2 ədəd pomidoru rəndələyin.
  • Bir diş sarmısağı kiçik doğrayın.
  • Çox az duru yağda  suyunu  çəkənə qədər   bişirin.
  • Kəklikotu  və duzunu atın.
    Arpa şəhriyəli plov və ya makaron  dəmləyərək yanında verə bilərsiniz,
  • Hazır kababı servis tabağına alın yanına plov  əlavə edərək üzərini pomidor sosu ilə bəzəyərək isti halda servis edə bilərsiniz.
    Diyetdə olanlar bu köftəni  yağsız bişirib yalnız salat və qatıqla  yeyə bilərlər.
  • Tək başına belə çox doyurucu bir küftədir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *