Min Bir Dad

Badambura

Badambura

Badambura üçün lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 900 q un,
  • 2-3 yumurta,
  • 200 q kərə yağı,
  • 2 x.q xama,
  • 1 ç.q quru maya,
  • Aparanadək süd,

İçlik üçün:

  • 500 q badam ləpəsi,
  • 500 q şəkər tozu,
  • 1/4 ç.q hil,

Yağlamaq üçün:

  • 400-450 q kərə yağı,

Badambura hazırlanması:

  • Xəmiri hazırlayın.
  • Südü qaba töküb ilıq qızdırın.
  • Yağı əridin.
  • Mayanı ilıq süddə qarışdırıb 5-10 dəqiqə  saxlayın.
  • Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırın.
  • Yumşaq xəmir yoğurun.
  • Xəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükün.
  • 1-2 saat acımağa qoyun.
  • İçlik hazırlayın.
  • Badam ləpəsinin qabığını təmizləyin.
  • Təmizlədikdən sonra quruması üçün  tavada azca qovurub soyuduqdan sonra sürtgəcli maşından keçirin.
  • Çəkilmiş badama şəkər tozu və hil əlavə edin. İçliyiniz hazırdı.
  • Xəmirdən 10 ədəd kündə düzəldin.
  • Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayın.
  • Yuxanı əliniz ilə az dartıb böyüdün  və yağlayın.
  • Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayın.
  • Yağlanmış və üst- üstə yığılmış bu yuxaları bükün.
  • Bükdüyünüz yuxaları 3 sm enində kəsin.
  • Kəsilmiş bir lenti götürüb əlinizlə içini oval formada açın.
  •  İçinə 2 çay qaşığı içlikdən qoyub bükün.
  • Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığın.
  • Eyni qayda ilə hamısını hazırlayın.
  • Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayın.
  • Qurumasın deyə üstünə sellofon çəkin.
  • 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişirin. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır!
  • Bişmiş badamburaları düz qaba yan-yana yığın.
  •  Tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtün.

 

So, what do you think ?