Min Bir Dad

Badımcan konservi

Badımcan konservi

Badımcan konservası

Badımcan konservi

Badımcan konservi üçün lazım olan ərzaqlar:

  • 4 kq  badımcan,
  • 2,5 kq pomidor,
  • 1,5 kq  bibər,
  • 1 baş sarımsaq,
  • Zeytun yağı,
  • Qaya tuzu,

Badımcan konservinin hazırlanma  qaydası:

  • Öncə konserv bankalarını və qapaqlarını qaynar su ilə 5 dəqiqə strelizə edin.
  • Əvvəlcə suyu qaynadın.
  • Qaynatdığınız suya  pomidorları atıb bir az gözləyin.
  • Sonra pomidorların qabıqlarını soyun.
  • Bibərlərin  içini təmizləyərək uzununa   bir barmaq qalınlığında doğrayın.
  • Qazana yarım stəkan zeytun yağı əlavə edib  bibərləri də yağın içinə atın və bir az qovurun.
  • Azacıq qovrulduqdan sonra pomidorları da əlavə edin.
  • Pomidorlar suyunu bir az buraxana qədər qovurun.
  • Pomidorlar qovrularkən badımcanları alacalı soyun    suya qoyun ki acısı çıxsın, və istədiyiniz şəkildə doğrayaraq həmin qarışıma əlavə edin.
  • Sarımsaqları soyub doğrayaraq qarışıma əlavə edin ki iyi   gəlsin.
  • Bir silmə şorba qaşığı duz əlavə edinvə 5 dəqiqə qədər bişirin.
  • Qazan qaynayarkən bankaları boğazına qədər doldurun  və bankanın ağzını dəsmal ilə silib qurudun.
  • Bundan sonra bankanın ağzını  bağlayaraq bankaları tərs çevirin.
  • Ertəsi gün bankaları düz çevirib saxlayacağınız yerə yığın.
  • Ancaq bankaların yerləri qaranlıq və və sərin olsa daha yaxşı olar.

So, what do you think ?