Min Bir Dad

Badımcan mürəbbəsi

Badımcan mürəbbəsi

badımcan mürəbbəsi

badımcan mürəbbəsi

 

Badımcan mürəbbəsi  üçün lazım olan ərzaqlar:

  • 6-7 kiçik badımcan,
    2 su stəkanı şəkər,
    1 su stəkanı  su,
    8-10 dənə mixək,
    1 şirniyyat qaşığı limon suyu,

Badımcan mürəbbəsinin hazırlanma qaydası:

  • Badımcanların saplaqlarını kəsin.
  • Sonra badımcanları soyun.
  • Soyulmuş badımcanları soyuq su doldurduğunuz qaba yığın.
  • Başqa bir qazanda su qaynadın.
  • Soyuq suya qoyduğunuz badımcanları  sudan çıxardıb suyunu bir az sıxın və qaynatdığınız suya atın.
  • Qaynar suda badımcanlar yumşalana qədər  qaynadın.
  • Bişirdiyiniz badımcanları qaynar sudan çıxardaraq soyuq suya atın.
  • Bu arada şərbəti hazırlayın.
  • Suyun içərisinə şəkər tozu və mixəyi əlavə edib  qaynadın.
  • Soyuq sudan çıxartdığınız badımcanların suyunu kağız dəsmal ilə yaxşıca qurudun.
  • Bunun üçün azca badımcanların üzərindən basdırılaraq suyunu alın.
  • Suyu alınmış badıçanları şərbətin içinə atın.
  • Şərbətdə mürəbbə suyu qatılığına gəlincəyə qədər qaynadılır.
  • Limon suyu əlavə bir azdaha qaynadıb   ocağı qapadın.
  • Hazır mürəbbəni soyumağa qoyun.
  • Bankaları strelizə etdikdən sonra  mürəbbəni  bankalara yığın və ağzını qapadın.

Nuş olsun!

 

So, what do you think ?