sayfa içeriği

Min Bir Dad

Badımcan turşusu

Badımcan turşusu  

Badımcan turşusu

Badımcan turşusu

Badımcan turşusu

Azərbaycan mətbəxinin  vazkeçilməz dasdları və  qışlıq  hazırlıqları   içərisində yer alan  turşular arasında  “Badımcan turşusu” baş sıralarda yer alır.

Bəzi  yerlərdə  “dolma badımcan turşusu” deyə  də  adlandırılır.

Qış süfrələrində ərişdə plovunun yanında servis edilir.  

Lazım olan ərzaqlar:

  • 2 kq turşuluq  badımcan,
  • 3-4 orta boy yaşıl  pomidor,
  • 3-4 orta boy qırmızı pomidor,
  • 1 dənə kiçik kələm,
  • 6-7 ədəd yaşı uzunsov  bibər,
  • 6-7 ədəd  qırmızı bibər,
  • 6-7 ədəd  orta boy kök,
  • 1  dəstə cəfəri,
  • 1 dəstə  kərəviz sapı,
  • 1 baş sarımsaq,
  • 1 qəhvə  fincanı sirkə,
  • İri duz,
  • Yarım kəhvə  fincanı toz şəkər,
  • Arzuya görə  acı bibər,
  •  Qarğıdalı yarpağı

Hazırlanma qaydası :

  • Yaxşı qaynanmış su içərisində  badımcanları yaxşıca pörtlədin.Pörtlədib qurtarandan sonra badımcanların qarnını bıçaqla  açın.
  • Digər tərəfdə turşunun içini hazırlayın.
  • Kələmi incə-incə doğrayın  və bir az iri duz ilə ovxalayın.
  • Yaşıl bibəri, qırmızı bibəri, yaşıl və qırmızı pomidorları, kərəviz saplarını, cəfərini incə doğrayıb kələmə əlavə edin.
  • Sarımsaqları da incə doğrayıb ərzaqlara qatın.
  • Kökü təmizləyərək rəndələyin və digər ərzaqlara qatın.Bütün ərzaqları yaxşıca qarışdırın.
  • İçləri açılmış  badımcanların içini doldurun.
  • İsti suda tel -tel ayrılmış qarğıdalı qabığı ilə bağlayın.
  • Sonra turşu balonlarına doldurun.
  • Turşunun ərzaqları artıq qalmış olarsa suyu ilə birlikdə badımcanların arasına doldurun.
  • Badımcan turşusunun suyu üçün 1 l suya 2 yemək qaşığı dolu duz əlavə edib qaynadın.
  • Siz ərzalarınıza görə bunu ayarlaya bilərsiniz.
  • Duzlu su soyuyunca içərisinə sirkə, şəkər əlavə edib turşu bankalarına düzülmüş badımcanların üzərinə əlavə edin.
  • Ən  üstə arzuya görə  acı bibər  və dəfnə yarpağı qoyaraq qapağını bağlaya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *