sayfa içeriği

Min Bir Dad

Badımcanlı bükmə börək

Badımcanlı bükmə börək

Badımcanlı bükmə börək

Badımcanlı bükmə börək

Badımcanlı bükmə börək

Lazım olan ərzaqlar:

  • Yarım kq  badımcan,
  • 7-8 ədəd   soğan,
  • 1 pomidor,
  • Kəklikotu,
  • İstiot,
  • Pul bibər,
  • Duz,
  • 1 şirniyyat  qaşığı tomat,
  • Yağ ( İç  malzəmələri qovurmaq üçün ),
  • 1 yemək qaşığı toz maya,
  • 2 yumurta ( sarıları üzəri üçün ayrılacaq ),
  • Yarım çay stəkanı duru yağ ( xəmiri üçün ),
  • İlıq su,
  • Şəkər,
  • Aldığı qədər un,
  • Çörəkotu,

Xəmirin hazırlanması:

  • Mayanı ilıq su və şəkərlə qarışdıraraq mayalandırın.
  • Unun ortasını hovuz kimi açaraq içərisinə yağ,yumurtanın ağı  və duzu qatın.
  • Maya qabarınca unun ortasına qoyub  yoğurmağa başlayın.
  • Xəmiri   qulak məməsi kvamında hazırlayın.

İçinin hazırlanması :

  • Badımcanları küp- küp doğrayn.
  • Soğanları  yeməklik doğrayın.
  • Badımcanları  yağda bir  neçə dəfə o üz, bu üzə çevirib,  ardından  da soğanları  əlavə edin.
  • Soğan qovrulduqdan sonra pomidor  rəndəsi, pomidor tomatı və ədviyyatlar da əlavə edərək altını qapadin.

Börəyin hazırlanması:

  • Kündələdiyiniz xəmirləri nə çox qalın, nə də nazik olmayacaq şəkildə börəklik yayın.
  • Açdığınız xəmirdən birini yayıb kənara qoyun.
  • Süfrənin üzərinə açdığınız xəmirdən birini sərib hər tərəfini yağlayın.
  • Hazır içlikdən bərabər şəkildə yuxanın hər yanına qoyun.
  • Açdığınız digər yuxanı bu içli yuxanın üzərinə qoyun.
  • İkinci qat yuxanın üzərinə də yağ sürtüb badımcanlı içlikdən qoyun.
  • İki  qat xəmir  və içlik qoyulmuş yuxanı rulon şəklində , çox sıx olmayacaq şəkildə sarıyın.
  • Hər iki ucundan möhkəmcə düyünləyib rulon xəmirini tərs yonlərə doğru bükün.
  • Hazır börəyi yağlanmış fırın sinisinə alın və digər xəmirləri də bu qaydada hazırlayın.
  • Üzərinə yumurta sarısı sürtüb   çörəkotu səpin.
  • Börəyin üstü və altı bişincəyə qədər fırında bişirin.
  • Fırından aldığınız börəyi içini çəkməsi üçün üzərini bir bezlə örtüb soyumağa qoyun.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *