sayfa içeriği

Min Bir Dad

Badımcanlı plov

0
badımcanlı plov

badımcanlı plov

Badımcanlı plov

Badımcanlı plov bişirmək üçün lazım olan vaxt: 45 dəqiqə

Porsiya: 4 nəfərlik

Lazım olan məhsullar:

  • 4 ədəd badımcan,
  • 2 ədəd rəndələnmiş pomidor,
  • 2 ədəd soğan,
  • 2 stəkan düyü,
  • 3 stəkan isti su,
  • 1 kiçik stəkan zeytun yağı,
  • Təzə nanə,
  • Quru nanə,
  • Duz,

Badımcanlı plov hazırlanma qaydası:

  • 1. Badımcanları zolaqlı soyub kub şəklində doğrayın.
  • Bundan sonra kub şəklində doğradığınız badımcanları 10 dəqiqə duzlu suda gözlədin.
  • Bundan sonra badımcanların suyunu süzün, qurulayın.
  • Suyu süzülüb qurulanan kub şəkilli badımcanları qaynar yağda qızardın.
  • Yağdan çıxardın.
  • Kağız dəsmal üzərinə qoyun ki, artıq yağları süzülüb ayrılsın.
  • 2. Bir qazana zeytun yağı qoyun. Soğnları mətbəx robotu vasitəsi ilə çox kiçik ölçüdə doğrayın.
  • Düyünü ayırtlayın və isti suda islağa qoyun.
  • Sonra bu doğradığınız kiçik soğanları zeytun yağında qovurun.
  • Qovrulmuş soğanın üzərinə rəndələnmiş pomidor əlavə edin.
  • Bu arada islanmış olan düyülərin suyunu süzün.
  • Soğanla pomidor birlikdə biraz bişdikdən sonra bunların üzərinə suda isti suda islağa qoyduğumuz düyünü əlavə edin.
  • 3. Qovrulmuş düyünün üzərinə əvvəlcədən qızartdığımız badımcanları, isti su və duzu əlavə edib təqribən 15 dəqiqə van odda suyunu çəkənə qədər bişirin.
  • 4. Plov bişdikdən sonra üzərinə incə-incə doğranmış yaşıl nanəni, əzilmiş quru nanəni əlavə edin və plovun dəmlənməsini gözləyin.
  • Badımcanlı plovu servis edərkən biraz soyumasını gözləyin.
  • Süfrəyə verərkən ilıq və ya soyuq olarak servis etmək olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *