fbpx

Min Bir Dad

Bağ  mövsümünün sonunda: Üzüm mürəbbəsi

Bağ  mövsümünün sonunda: Üzüm mürəbbəsi

Bağ mövsümünun sonunda:Üzüm mürəbbəsi

Bağ mövsümünun sonunda:Üzüm mürəbbəsi

İlin  son üzümlərinin də kefini uzun- uzadı yaşamaq üçün üzümü mürəbbə formasında saxlamağı qərara aldıq.

Üzüm mürəbbəsi  tərifi əyləncəli, dadı yerində bir qəhvəaltılıq.

Çəyirdəksiz üzümlər başda olmaq üzrə arzu etdiyimiz üzümləri   şəkər tozu ilə birlikdə vam odda qaynadırıq.

Önəmli olan isə şəkər tozu ilə üzümün bir-birinə nisbətidir.

Darçın, cirə  ya da vanilin də olmazsa olmaz.

Banka banka hazırladığınız mürəbbələri qızarmış çörək dilimlərinin   bir də üzərinə yaxdığınız krem pendirlədə düşünün .

Cheesecake servisində istifadə edərək sos hazırlayın,  yaxud da  şərbət hazırlayaraq plovun yanında soyuq-soyuq tükədin. 

1 böyük banka.

Hazırlanma :30 dəqiqə.

Bişirmə: 40 dəqiqə.

Bağ  mövsümünün sonunda: Üzüm mürəbbəsi  üçün lazım olan ərzaqlar:

  • 750 qram üzüm,
  • 750 qram  şəkər tozu, 
  • 1/2 su stəkanı su,
  • 1 yemək qaşığıtaze sıxılmış limon suyu,
  • 1ədəd çubuq  darçın

Bağ  mövsümünün sonunda: Üzüm mürəbbəsi  necə hazırlanır?

  •   Üzümləri bol suda yuyun.
  • Artıq  sularını süzdüyünüz üzümlərin saplarını tək -tək ayırtlayın.
  • Bütün halda  bıraxdığınız üzüm tənələrini  və şəkər tozunu dərin bir qazana alın.
  • Üzüm dənələrini bütöv  halda  buraxa bildiyiniz kimi,  iki bərabər hissəyə də  bölə  bilərsiniz.
  • Öz suyunu salması üçün qapağı qapalı qazanda gözlədin.
  • Meyvələrin buraxdığı su miqdarı yetərli olmayacağından az miqdarda içmə suyu əlavə edib vam odda bişməyə qoyun.
  • Qazanın üzünə   çıxan köpükləri bir kəfgir yardımıyla alın.
  • Vam odda  30 dəqiqə  qədər qaynatdğınız mürəbbəyə  çubuq  darçın  əlavə edib    10 dəqiqəyə yaxın  daha bişirin.
  • Darçın yerinə cirə ya da vanilin  əlavə edərək   mürəbbəyə  fərqli  bir aroma   verə bilərsiniz.
  • Mürəbbənin sulanmaması üçün  taxta bir qaşıq istifadə edin  ya da qazanı aradabir silkələyin.
  • Təmiz bir tabağa damcılatdığınız mürəbbəni  soyudub  qatılığına diqqət edin.
  •   Çubuq  darçını içindən alıb kənara ayırın
  • .Hazır olan mürəbbəyə    təzə  sıxılmış limon suyunu əlavə edib  yavaşça qarışdırdıqdan sonra ocaqdan alın.
  • Qapağı möhkəm bağlanan və qaynar suda saxlanıb sonra qurudulan bankalara ocaqdan  aldığınız mürəbbəni qaynar-qaynar yığın.
  • Qapağını möhkəm  qapatdığınız bankanı  tərs çevirib  otaq temperaturunda  soyutduqdan sonra isti və  işıq  keçirməyən bir ortamda muhafazə edin.
  • Qəhvəaltı xaric  şirniyyat və   sos təriflərində sevdiklərinizlə paylaşın.

 

So, what do you think ?