Min Bir Dad

Bakı mütəkkəsi

0

 

Bakı mütəkkəsi

Lazım olanlar:

  • Un: 1,5 stəkan,
  • Kərə yağ: 100 qram,
  • Süd: 1 stəkan.
  • Yumurta: 1 ədəd,
  • Quru maya: 1 paket,
  • Xama: 100 pram,
  • Duz: 1 çimdik,

İç üçün:

  • Kenton şəkərli vanil,
  • Şəkər tozu:1 stəkan.
  • Fındıq ləpəsi:1 stəkan,
  • Hil: 3 ədəd,

Üzəri üçün:

  • Şəkər kirşanı

 

Hazırlanma qaydası:

  • Unu geniş bir qaba alın.
  • Üzərinə quru maya, yuymurta, duz, xama, kərə yağı vurub  qarışdırın.
  • Süd də qataraq xəmir yoğurun.
  • Yoğrulan xəmirin mayalanması üçün üzərini dəsmal və ya streç filmlə örtün.
  • 1,5 saat gözlədin.

İçliyin hazırlanması:

  • Bərabər miqdarda fındıq ləpəsi və şəkər tozuna Kenton şəkərli vanil, çəkilmiş hil vuraraq   qarışdırın.

Mütəkkənin hazırlanması:

  • Mayalanmış xəmiri kündələyib yuxa yayın.
  • Yayılan yuxanı 3 künc formada doğrayın.
  • Hazırlanan içi yuxanın enli hissəsinə qoyub mütəkkə formasında bükün.
  • Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
  • 180 dərəcə isidilmiş sobada bişirin.
  • Soyuduqdan sonra üzərinə Kenton şəkər kirşanı səpin.

Nuş olsun!

So, what do you think ?