sayfa içeriği

Min Bir Dad

Bakı vineqredi

0

Bakı vineqredi

Bakı vineqredi

Bakı vineqredi hazırlamaq üçün lazım olanlar: 

  • Kartof 600 qr.
  • Çuğunduru 20 qr və ya 4 ədəd,
  • Kök 2 ədəd,
  • Xiyar turşusu 200 qr,
  • Baş soğan 2 ədəd və ya göy soğan 200 qr,
  • Kələm turşusu 200 qr,
  • Qırmızı lobya 200 qr,
  • Cəfəri 40 qr,
  • Bitki yağı 4,5 xörək qaşığı,
  • Duz,
  • İstiot,

Bakı vineqredinin hazırlanma qaydası: 

  • Bakı vineqredi hazırlamaq üçün kartof, çuğundur, yerkökü bişirilir.
  • Bişirildikdən sonra kartof, çuğundur, yerkökü kub şəklində doğranılır.
  • Xiyar turşusu da kub şəklində doğranılır.
  • Vineqredin xammalları: kartof, çuğundur, yerkökü, xiyar turşusu bir birinə qarışdırılır.
  • Bakı vineqredinə vurulacaq göyərti və soğan da kiçik-kiçik doğranılır.
  • Kələm turşusunun suyu sıxılıb susuzlaşdırılır.
  • Kələm turşusu da kiçik – kiçik doğranır.
  • Qırmızı lobya əvvəlcədən isladılır.
  • Sonra qırmızı lobya suda bişirilir.
  • Məhsullar doğranılıb qurtardıqdan sonra kartof, çuğundur, yerkökü, xiyar turşusu, doğranılmış göyərti, soğan, kələm turşusu, qırmızı lobya bir – birinə qarışdırılır.
  • Bundan sonra Bakı vineqredinə  duz və istiot vurulur.
  • Duz və istiot vurulan Bakı vineqredinə bitki yağı da əlavə edilir, sonra yenidən qarışdırılır.
  • Yağ da qarışdırıldıqdan sonra Bakı vineqredini süfrəyə vermək üçün boşqaba çəkilir.

Nuş olsun!

 

Mənbə: az. wikibooks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *