Min Bir Dad

Balerin kurabiyyə

Balerin kurabiyyə

balerin kurabiyyə

balerin kurabiyyə

 

Dadı damağınızda qalacaq bir kurabiyədir  sizə təqdim etmək istədiyimiz kurabiyə.

Xirt-xırt , kərə yağı ətri, üzərindəki şəkərin dadı birləşərək sizləri məst edəcək bir kurabiyyədir.

Bunun  üçün sadəcə 5 ərzaq yetərli olacaqdır.

Hazırlanması da olduqca çox sadədir.

Xəmiri hazırladıqdan sonra   kurabiyələriniz fırında bişəcək  və sonra çayınızın yanında ətirli bir atışdırmalıq olacaqdır.

Əgər hazırsınızsa mətbəxdə    görüşməyə nə deyərsiniz?

Lazım olan ərzaqlar:

  • 150 qram əridilmiş  kərə yağı ,
  • 150 qram labne pendiri,
  • 300 q un ,
  • 1 paket vanilin,
  • 1 su stəkanı  şəkər,

Hazırlanma qaydası:

 

  • Çox tez-tez hazırlanan   fərqli şəkillər verilən bir kurabiyyə növüdür.
  • Pendirli kurabiyə də deyə bilərsiniz.
  • Ancaq lor pendiri istifadə edərkən süzgəcdən və ya blenderdən keçirib bir az incəltməlisiniz.
  • Kərə yağını labne pendiri ilə qarışdırın.
  • Unu və vanilini də əlavə edin.
  • Qatı bir xəmir əldə edənə qədər yoğurun.
  • Xəmiri 1 saat soyuducuda saxlayın.
  • Dinlənən  xəmiri vərdənə ilə incəcik açın. (2 milimetrə  yaxın).
  • Yuvarlaq bir kurabiyə qəlibi və ya stəkan yardımı ilə xəmirdən yuvarlaq şəkillər kəsin.
  • İki tərəfini  də şəkərə bulayıb  ikitə qatlaya da bilərsiniz.
  • Sonra  bişirmə sinisinə  yığın.
  • Əvvəlcədən   200 dərəcəyə yaxın qızdırılmış fırında üzəriləri qızarana qədər  bişirin.

Nuş olsun!

 

So, what do you think ?