sayfa içeriği

Min Bir Dad

Balıq şorbası

Balıq şorbası 

Balıq şorbası

Balıq şorbası

Balıq şorbası

1001 dad saytı sizlər üçün zəngin bir “Balıq şorbası” tərifini təqdim edəcəkdir.

Hazırlanması çox zor olmayan bir şorbadır.

Bu şorba olduqca qidalandırıcı bir şorbadır.

Şorba bişirərkən bişəcək balıqların pulları və içləri təmizləndikdən sonra başı və sümükləri ilə birlikdə qazanda qaynadılır.

Bişən ətlər sümüklərindən ayrıldıqdan sonra şorbaya qatılması balığın yağlı dadının şorbaya keçməsinə yardım edər.

  • 4 ədəd balıq,
  • 2-3 dənə kartof,
  • 2-3 dənə kök,
  • 2 ədəd şirin bibər,
  • 1 ədəd pırasa.
  • 1 quru soğan,
  • 1 qəhvə fincanı düyü,
  • 1 ədəd enginar,
  • 1 ədəd kərəviz,
  • 5-6 ədəd cəfəri,
  • -5 dəfnə yarpağı,
  • 2 stəkan süd,
  • 1 qəhvə fincanı un,
  • 1 limonun suyu,
  • 2 yumurta,
  • zeytunyağı,
  • sirkə,
  • bir neçə diş  sımsaq,
  • duz,
  • istiot,
  • kəklikotu,

Hazırlanma qaydası:

  • Dərin bir qazanın içinə 8-10 stəkan su qoyun və içərisinə bir az duz əlavə edib qaynamağa qoyun.
  • Yaxşı təmizlənmiş balıqları baş və sümükləri ilə birlikdə bişirmə süzgəcinin içində qazana yerləşdirin.
  • İri bir neçə parça halında kəsilmiş kartof , soğan və kökləri qaynayan qazana əlavə edin.
  • Ancaq tərəvəzləri bişirmə süzgəcinin içərisinə atmayın.
  • İncə doğranmış bibər və pırasanı, küp-küp doğranmış enginar və kərəvizləri, dəfnə yarpaqlarını, kərəviz saplarını, kəklikotunu  da bişirmə süzgəcinin kənarına yerləşdirin.
  • Suda bir neçə dəfə yuyulub süzülmüş , nişastası təmizlənmiş düyünü də əlavə edin.
  • Balıqları səbzələrlə dolu qaynayan qazandayarım saat qaynadın.
  • Aradabir üzərinə yığılan köpüyü təmizləyin.
  • Tel süzgəc içərisindəki balıqları kənara alıb soyumağa qoyun.
  • Soyuyan balıqların ağ ətlərini qılçıq qalmayacaq şəkildə əzmədən didib tökün.
  • Yumşalana qədər qaynayan tərəvəzlər  olan qazanı bir kənara alın.
  • Qazanda olan dəfnə yarpaqlarını və kərəviz saplarını çıxardın  və tərəvəzlər olan qazanın suyunu  kəfgirlə süzün.
  • Tərəvəzləri əzərək püre halına salın.
  • Daha sonra bütün ərzaqları bir qazana yığın.
  • Qazana zeytun yağı qoyub qızmağa başlayınca unu əlavə edibiyi çıxana qədər unu qovurun.
  • Kənara qoyduğunuz süzülmüş tərəvəzli sudan 6 stəkan  suyu yavaş–yavaş əlavə edib un topaclanmayacaq şəkildə 4-5 dəqiqə davamlı qarışdırın.
  • Püre halında olan tərəvəzləri, ardından 2 stəkan südü, ən sonunda isə didilmiş balıqları əlavə edib vam odda qaynadın.
  • 10 dəqiqə qədər   bütün ərzaqları qaynadın.
  • Yumurta və limon suyunu birlikdə cırpın.
  • Qaynamaqda olan sudan az-az qaşıqla qazana tökün.
  • 5-6 dəqiqə yenə qaynadın
  • Ocağı söndürdükdən sonra xörəyin üzərinə çox xırda doğranmış cəfəri gəzdirib qapağını örtün.
  • Yeməyin daha da dadlı olması üçün həvəngdə döyülmüş sarımsağı , istiotu və sirkəni əlavə edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *