sayfa içeriği

Min Bir Dad

Balıqlı börək

Balıqlı börək  

 

Balıqlı börək

Balıqlı börək

Balıqlı börək

40  dəqiqəyə hazırlanır,

6 nəfərlik, 

 174 kalori.

Fərqli dadlar istəyənlər  balıqlı börəyi çox sevəcəklər.

Balıqlı börək tərifi axtarırsınız?

 1001 dada yemək saytı sizlərə  axtardığınız  “Balıqlı börək”tərifini təqdim edir!

Dəniz məhsulları arasında ən çox oxunan yemək təriflərindən biri olan “Balıqlı börəyi” böyük bir keyiflə hazırlamanızı və sevdikləırinizlə birlikdə nuş etməyinizi arzulayır!

  Balıqlı börək üçün lazım olan ərzaqlar:

  • 2 ədəd hazır yuxa,

Yuxa sosu üçün:

  • 3 ədəd yumurta,
  • 1 stəkan  süd,
  • 2 yemək qaşığı duru yağ,

Börəyin içi üçün:

  • 1 stəkan ispanaq,
  • 2 diş sarımsaq,
  • 1 ədəd pomidor,
  • 1 ədəd  quru soğan (yeməklik incə doğranmış),
  • 1 yemək qaşığı   kərə  yağı,
  • 1 çay qaşığı duz,
  • 1 çay qaşığı istiot,
  • 250 qr qılçıqsız  bir balıq,

  Balıqlı börəyin   hazırlanması:

  • Əvvəlcə orta boy bir qazana yağı qoyun.
  • Yağ əriyər əriməz sarımsaq və incə doğranmış soğanları əlavə edərək qovurmağa başlayın.
  • Soğanlar azca qızaran kimi çox incədoğradığınız balıqları qoyub ən az 5-6 dəqiqə qovurun.
  • Üzərincə incə doğranmış ispanaq və pomidiru əlavə edib duz və istiotunu da səpin.
  • Bütün ərzaqları qarışdıraraq bir yerdə 7-8 dəqiqə bişirib ocağı söndürün.
  • Artıq börəyin iç xərci hazırdır.
  • Börəyi hazırlamaq üçün birinci yuxanı dəzgahın üzərinə sərin.
  • Üzərinə bir qabda hazırladığınız yuxa üçün olan sosun yarısını gəzdirin.
  • Mümkünsə tort fırçası ilə hər tərəfinə yayın.
  • Sonra yuxaların kənarlarını içəriyə doğru qatlayaraqbir kvadrat şəkilli yuxa əldə edin.
  • Bu kvadrat şəkilli yuxanı 10-12 sm-lik  xətlər şəklində kəsin.
  • Balıqlı xərcinizdən bir xörək qaşığı qoyaraq üçbucaq şəklində bükün.
  • Əgər belə hazırlaya bilmirsinizsə kənarlarını içə doğru qatlayaraq qalın siqara börəyi şəklində də bükə bilərsiniz.
  • Eyni bükmələri bütün yuxalara da tətbiq edin.
  • Bütün börəklərin üzərinə artan xərcdən çəkin.
  • İstəsəniz yumurta da çəkə biləırsiniz.
  • Fırın sinisini yağlayaraq aralıqlı halda börəkləri siniyə düzün.
  • Fırını 175 dərəcəyə ayarlayaraq orta gözünə yerləşdirdiyiniz börəkləri  25 dəqiqə bişirin. İsti-isti servis edin.
  • Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *