Ballı qaymaqlı gözləmə
Ballı qaymaqlı gözləmə
Mətbəxlərimizdə daima olan və uşaqların çox sevdiyi bir yeməkdir “Ballı qaymaqlı gözləmə”.
Normal yuxa ilə də hazırlana bildiyi kimi , şirin bir gözləmə olduğu üçün öncəliklə paxlavalıq xəmirdən istifadə olunmalıdır.
Əgər ki, börəklik yuxalardan hazırlanacaqsa duzunun az olması tərcih edilməlidir.
Tərifdə istifadə edəcəyiniz qaymaq çox turş və köhnə olmayan məhsuldan olmalıdır.
Bunun üçün qatı süd qaymağı olmalıdır.
Qaymağınızı öz qaynatdığınız südlərin üzərindəki qaymağı toplayıp əldə edə bilərsiniz.
Südün üzərindən aldığınız qaymağı soyuq bir yerdə saxlayıb qatılaşdıraraq əldə edə bilərsiniz.
Lazım olan ərzaqlar:
- Paxlava xəmirindən yuxa.
- Süd qaymağı,
- Pudra şəkəri,
- Kərə yağı,
- Bal
Hazırlanma qaydası:
- Un, yumurta, süd ( ya da qatıq ), duru yağ və bir çimdik duz ilə bir paxlava xəmiri yoğurun.
- Əgər börəklik xəmir hazırlayacaqsınız duzunu daha az tutaraq hazırladığınızı da istifadə edə bilərsiniz.
- Kənarda dinləndirdiyiniz yuxaları qoz böyüklüyündə kündələrə ayırın.
- Oxlov yardımıyla incə açın.
- Bu incəlik bişmə açısından önəmlidir.
- Yuxanıza süd qaymağından qoyub barmaqlarınızla yaydırın.
- Qaymaqlı yuxanızın üzərinə pudra şəkəri yaxud toz şəkər gəzdirib zərf şəklində qapadın.
- Tavanıza bir parça kərə yağı alıp qızdırın və gözləmənizi altlı üstlü qızardın.
- Arzuya görə kəsərək yaxud dürüm halında saryıb servis tabağınıza alın.
- Üzərinə bal və bir parça daha pudra şəkəri səpib ilıq olaraq tükədin.
So, what do you think ?