sayfa içeriği

Min Bir Dad

Ballı tort

Ballı tort 

Ballı tort

Ballı tort

 

Ballı tort

“Bir az zaman və  səbir istəyən bir tortdur, amma  bütün  çabalara dəyəcək bir ləzzəti var. ”

 Ballı tort tərifi aramışdınız? 

Yemək saytı olan 1001 dad saytı axtardığınız ən ləzzətli tort tərifini sizlərə təqdim edir! 

 Ballı rtort  tərifini büyük bir keyiflə hazırlamanız və sevdikləriniz ilə birlikdə  nuş etməyiniz diləyi ilə! 

Ballı tort üçün lazım olan ərzaqlar:

  • 4 yemək qaşığı bal,
  • 150 qr toz şəkər,
  • 2 yemək qaşığı  kərə yağı,
  • 3 ədət  iri yumurta (mçəngəllə yaxşıca  çırpılmış),
  • 1 çay qaşığı soda,
  • 425 qr un,

Araları  üçün krem:

  • 1 paket labne pendiri,
  • 225 qr pudra şəkəri,
  • 400 ml süd kremi,

Üzərinə:

  • Təzə çiyələk,
  • böyürtkən

Ballı tortun hazırlanma qaydası: 

  • Orta boy qazana bal, şəkər və kərə yağı qoyun.
  • Vam atəşdə arabir şəkər əriyənə qədər (5-7 dəqiqə  çırparaq əridin).
  • Şəkər əriyər- əriməz ocaqdan alıb hələ isti olduğu halda çırpılmış yumurtaları əlavə edin.
  • Burada yumurtaları qarışığa əlavə etmək çox önəmlidir.
  • Az-az, yavaş yavaş incə bir şəkildə davamlı tökərək yumurtalar tamamən qarışıma qatılana qədər sürətli qarışdırın.
  •  Sodanı əlavə edib qarışdırın.
  • Unu 4-5 dəfədə şpatula ilə qarışdırmaqla yavaş-yavaş əlavə edib yoğurun.
  • Ələ yapışmayan bir xəmir yoğurun və 8 bərabər parçaya ayırın.
  • Dəzgahı yaxşıca unlayın və hər bir kündəni 23-25 sm-lik bir dairə böyüklüyündə açın.
  • 23 sm-lik bir qazan qapağı ilə daima kəsin.
  • Hər dəfə 2 qat olmaq üzrə fırın kağızı sərilmiş fırın sinisinə qoyun və əvvəlcədən 175 dərəcə qızdırılmış fırında 4-5 dəqiqə  nar kimi qızarana qədər bişirin.
  • Qazan qapağı ilə kəsiləndə çıxan parçaları da fırına qoyub bişirin  soyuduqdan sonra mətbəx robortundan  keçirdin.(sonda tortun üstünü onunla örtəcəyik)
  • Çox tez bişdiyi üçün yanmamasına diqqət etmək lazımdır.
  • Bütün parçalar bişdikdən sonra aralarına krem qoyun.
  • Südlü  krem qatılaşana qədər çırpın.
  • Başqa bir kasada labne pendirini və şəkər pudrasını birlikdə çırparaq daha əvvəlcədən çırpılan südlü  kremə qataraq xüsusi bir hal alana qədər qarışdırın.
  • Düz bir tabağa tortun bir qatını qoyun və üzərinə bol krem yaxaraq hər tərəfini qapadın.
  • İkinci qatı da onun üzərinə qoyaraq krema ilə qapadın və bütün qatlar bitənə qədər bu işləri davam edin.
  • Biskivit qatları kremi çəkəcəyi üçün aralarına qoyduğunuz kremi bir az çox qoyun.
  • Bütün qatlarını kremlədikdən sonra yerdə qalan kremi də tortun üzərini qapadın.
  • Üzərinə və yanlarına mətbəx robortundan keçirtdiyiniz qırıntıları səpin və bir gecə üzəri qapalı olaraq soyuducuda saxlayın.
  • Arzuya görə təzə meyvə(çiyələk, böyürtkən) ilə birlikdə servis edin.
  • Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *