Min Bir Dad

Balqabaq qutabı

Balqabaqlı qutab

Balqabaq qutabı

Balqabaq qutabı üçün lazım olanlar: 

10 nəfərlik

  • balqabaq- 1 kq,
  • nar dənəsi- 100 qram,
  • un-400 qram,
  • baş soğan-4 ədəd,
  • ərinmiş kərə yağı,
  • duz,
  • darçın,

Balqabaq qutabının  hazırlanma qaydası: 

  • Balqabaq qutabı hazırlamaq üçün əvvəlcə balqabaq soyulur, sonra kiçik-kiçik doğranılır.
  • Sonra bir  dayaz qazanda bu doğranan balqabaqların üstünə 0.5 stəkan su tökülüb qapağı örtülərək öz buğunda bişirilir.
  • Soğanlar kiçik-kiçik doğranılır, ayrıca yağda qızardılaraq balqabağa qatılır.
  • Bunlara  duz, darçın və nar vurularaq yenidən qarışdırılır.
  • Balqabaq qutabının xəmirini hazırlamaq üçün un ələnir. ələnmiş una su və duz qatılıb xəmir yoğrulur.
  • Bu xəmir bərk olmalıdır.
  • Sonra xəmir 1 mm qalınlığında yuxa halında yayılır, kasa ağzı boyda dairələr kəsilir.
  • Həmin dairələrin bir tərəfinə hazırlanmış balqabaq qoyulub, nar dənələri səpilir, aypara şəkilində bükülür və kənarları qatlanır, sacda, fırında və ya da tavada hər iki üzü qızardılır.
  • Balqabaqlı qutab süfrəyə verilərkən üzərinə əridilmiş yağ sürtülür.

 

 

So, what do you think ?