Min Bir Dad

Balqabaqlı kremli keks

Balqabaqlı kremli keks

Balqabaqlı kremli keks

Balqabaqlı kremli keks

 

 

Balqabaqlı kremli keks

Balqabaqlı kremli keks üçün lazım olan ərzaqlar:

  • 2 ədət yumurta,
  • 1 stəkan yarım şəkər tozu,
  • 1 stəkan zeytun yağı,
  • 1 stəkan balqabaq  rəndəsi,
  • Varsa yarım portağal qabığı rəndəsi,
  • 2 stəkan pəhriz un,
  • 1 çay qaşığı  qabartma tozu,
  • 2 çay qaşığı darçın,
  • 1 stəkan əzilmiş qoz,

Kremi üçün:

  • 2 stəkan süd,
  • 3 yemək qaşığı şəkər,
  • 3 dolu yemək qaşığı un,
  • 1 çay qaşığı kərə yağı,
  • 1 çay qaşığı vanilin,
  • 1 paket krem şanti + gərəkirsə yarım stəkan süd,
  • Ayrıca: 2-3ədəd banan,

 Bəzəmək üçün:

  • nar dənələri,

Balqabaqlı kremli keksin hazırlanma qaydası:

  • Əvvəlcə kremi hazırlayın.
  • Un və şəkəri bir qazana alıb qarışdırın.
  • Südü əlavə edib çırpın.
  • Ocağın altını yandırın.
  • Qaynamağa başlayana  kimi qarışdırın.
  • Qaynamağa başlayan kimi kərə yağı və vanilini əlavə edin.
  • Bundan sonra ocağı söndürün.
  • Sərin bir yerdə soyumağa qoyun .
  • Ara- sıra qarışdırın ki, üzəri qabıq  bağlamasın.
  • 26 sm- lik tort qəlibını kərə yağıyla yağlayıb  unlayın.

Keks üçün:

  •  Yumurta və şəkəri köpük -köpük olub ağarana qədər çırpın. Zeytunyağı, balqabaq  rəndəsi və portağal qabığı rəndəsini  əlavə edib yüngülcə qarışdırın.
  • Ələnmiş un və qabartma tozunu da əlavə edin.
  • Normal keks xəmirindən daha qatı olmalıdır.
  • Son olaraq  darçın və əzilmiş qozu əlavə edib qarışdırın.
  • Yağlanıb  unlanmış tort qəlibinə  xəmiri  töküb  yayın.
  •  Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında keksi 20-25 dəqiqəyə yaxın   bişirin.
  • Qəlibi nəm bir bezin üzərinə qoyub 20-25 dəqiqə gözlədin.
  • Keksi qəlibdən çıxardıb düz bir servis tabağına alın.
  • Üzərinə 2 və ya 3 ədət bananı dilimləyib  düzün.
  • Soyumaya burxdığınız krein içinə bir paket krem şantiyi töküb yenidən çırpın.
  • Qatı olarsa yarım çay stəkanı süd əlavə edin.
  • Kremi banan dilimlərinin üzərinə töküb yayın.
  • İstədiyiniz şəkildə bəzəyin.
  • Heç gözlətmədən servis edə bilərsiniz.
  • NOT:

  • Bu tərifin keks  hissəsində də pəhriz un işlədə bilərsiniz.

So, what do you think ?