Min Bir Dad

Balqabaqlı turta

0

Balqabaqlı turta

Balqabaqlı turta

Balqabaqlı turta

6 nəfərlik

50 dəqiqəyə hazırlanır,

45 dəqiqəyə bişir

Balqabaqlı turta  üçün lazım olan ərzaqlar:

  • 150 qr  kərə yağı,
  • 50 qr pudra şəkəri,
  • 1 yumurta,
  • 250 qr un,
  • 25 qr çəkilmiş badam,
  • Yarım limonun rəndələnmiş qabığı,
  • 2~3 şorba qaşığı soyuq  su,

İçi  üçün:

  • 2 yumurta,
  • 200 qr toz şəkər,
  • 1 şorba qaşığı bəkməz,
  • Yarım çay qaşığı zəncəfil,
  • Yarım çay qaşığı hind  qozu,
  • 1 çay qaşığı darçın,
  • 450 qr balqabaq,
  • 1 tutam mixək,
  • 375 ml süd,
  • 250 ml krema

Süsləmək üçün:

  • 10-12 ədəd  hazır beze

Balqabaqlı turtanın hazırlanm qaydası:

  • Kərə yağı, pudra şəkəri,yumurta, ələnmiş unu, çəkilmiş badamı,rəndələnmiş limon qabığını, suyu  böyük bir qabda  qarışdırıb yoğurun.
  • Xəmiri 30 dəqiqəyə yaxın dincə qoyun.
    Xəmiri un səpilmiş dəzgahın üzərində 30 sm böyüklüyündə açıb 26 sm  böyüklüyündə bir tart qəlibinə yerləşdirin.
    Balqabağı  şəkərin yarısı və bir tutam mixəklə bişirin.
  • Yumurtaları qalan şəkərlə çırpın.
  • Bişmiş balqabağı, çırpılmış yumurtanı və südü mikserlə yenidən çırpın.
  • Püre halına gələn  qarışıma krema, bəkməz, zəncəfil, hind qozu və  darçını əlavə edərək bir  neçə dəfə yenidən qarışdırın.
    İç  üçün olan ərzaqları  xəmirin üzərinə  yayın.
  • Əvvəlcədən  200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
  • Bişdikdən sonra sobadan çıxardaraq soyumağa qoyun.
  • Soyuduqdan sonra turtanın üzərini beze ilə süsləyin.
  • İlıq halda servis edin.

Nuş olsun!

So, what do you think ?