fbpx

Min Bir Dad

Banan peçenyesi

banan peçenyesi

banan peçenyesi

Banan peçenyesi üçün lazım olanlar:

Xəmir üçün:

  • 200 qram kərə yağı və ya marqarin,
  • 200 qram xama,
  • 0,5 çay qaşığı çay sodası,
  • 1 çay qaşığı sirkə,
  • 2,5 stəkan əla növ un,

İçlik uçun:

  • 200 qram kəsmik,
  • 100 qram yağ,
  • 1 stəkan şəkər tozu,
  • 1 stəkan əla növ un,
  • Vanil,

Banan peçenyesi hazırlanma qaydası:

  • Banan şirniyyatı hazırlamaq üçün əvvəl yağ yumşaldılır və unla ovulur.
  • Xamanın üzərinə sirkə, çay sodası əlavə edib yaxşıca qarışdırılır.
  • Sonra yağlı una xamanı qatıb xəmir yoğurun.
  • Xəmirdən 30-32 dənə kiçik kündə hazırlayın.
  • İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər əlavə edib, yaxşıca qarışdırın.
  • Sonra yağ əlavə edib, mikserlə çalın və üzərinə un qatıb yumşaq xəmir alınana qədər qarışdırın.
  • Kündələri banan formasında yayın, üzərinə uzunsov formada iç qoyub, qıraqlarını qatlayıb, səliqəli bükün.
  • Şirin içi xəmirin içinə qoyduqda çalışın ki, bağlanma “tikiş”i aşağı olsun.
  • Əlinizlə xəmirə banan forması verin.
  • Bundan sonra sobada 180 dərəcədə 15-18 dəqiqə bişirin.
  • Soyuduqdan sonra üstünə şəkər tozu səpin.

 

 

So, what do you think ?