Min Bir Dad

Basdırma kabab

0
basdırma kabab

basdırma kabab

Basdırma kabab

Lazım olanlar:

  • 300 qram cavan mal əti (can əti),
  • 1 baş soğan (yarısı basdırma üçün),
  • 15 qram nar, və ya 10 qr üzüm sirkəsi,
  • 5 qram kərə yağı,
  • 10 qram cəfəri,
  • istiot,
  • duz,

Basdırma kabab hazırlanma qaydası:

  • Basdırma kabab hazırlamaq üçün mal əti (can əti) təxminən 35–40 qramlıq tikələrə doğranılır. Doğrandıqdan sonra bu tikələr sonra emallı qaba qoyulur.
  • Bu doğranmış ətlərin üzərinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3–4 saat ərzində soyuq yerdə basdırma olması üçün saxlanılır.
  • Basdırma etmək, əti həm yumşaldır, həm də ədviyyatların təsiri ilə daha da ləzzətlənir.
  • Basdırma kababı bişirmək üçün basdırma edilmiş ət tikələri  şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir.
  • Közlərin atəşlənib yanmamasına diqqət yetirmək lazımdır.
  • Buna diqqət edilməsə basdırma kabab üz hissəsi yanar, içərisi isə istənilən şəkildə bişməz.
  • Basdırma kabab  tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür.
  • Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.

So, what do you think ?