Min Bir Dad

Basdırmalı quru lobya

0

Basdırmalı quru lobya

Basdırmalı quru lobya

Basdırmalı quru lobya

Basdırmalı quru lobya tərifi axtarırsınız?

Ən çox izlənilən  1001dad yemək saytı tapa biləcəyiniz  çox  ləzzətli “Basdırmalı quru lobya”tərifini sizlərə təqdim edir.

Lobya tərifləri arasında  çox sevilən  yemek təriflərindən biri olan “Basdırmalı quru lobya”.tərifini böyük keyiflə hazırlamanızı və sevdiklərinizlə birlikdə nuş etməyiniz arzusuyla!

4 nəfərlik,

20 dəqiqəyə hazırlanır,

1 saata bişir

Basdırmalı quru lobya  üçün lazım olan ərzaqlar: 

  • 2 su stəkanı  quru lobya,
  • 3 soğan,
  • 2 diş sarımsaq,
  • 3 yemək qaşığı  kərə yağı,
  • 3 pomidor,
  • 2 uzunsov bibər,
  • 1 dolmalıq sarı bibər,
  • 1 dolmalıq qırmızı bibər,
  • 1 yemək qaşığı pomidor tomatı,
  • 1 şirniyyat qaşığı bibər tomatı,
  • Duz

Üzəri üçün:

  • 7~8 dilim basdırma,
  • Təzə kəklikotu,

Basdırmalı quru lobyanın hazırlanma qaydası: 

  • Lobyanı yuyun.
  • Bir gecə suda isladın.
  • Bir gecə islatdığınız lobyanı bir qazana alın.
  • Üzərinə  lobyaların üzərini örtəcək qədər su  əlavə edin.
  • Su əlavə etdiyiniz lobyanı vam odda çox da əzilməyəcək şəkildə bişirin.
  • Yeməklik doğradığınız soğanı və əzdiyiniz sarımsağı  kərə yağındaqızarana qədər qovurun.
  • Küp doğradığınız pomidor, incə doğradığınız uzunsov bibərlər, küp doğradığınız rəngli bibərlər, tomatlar və bişirib  süzdüyünüz qurulobyaları  əlavə edib  duz ilə dadlandırın.
  • Bir su stəkanı  qədər isti  su əlavə edin və lobyalar  tamamən  yumşalana  qədər bişirib  ocaqdan alın.
  • İri doğradığınız basdırmaları əlavə edib əvvəlcədən   180 dərəcə qızdırılmış  sobada  7-8 dəqiqə  bişirin.
  • Təzə  kəklikotu  ilə süsləyərək isti -isti servis edin.

Nuş olsun!

So, what do you think ?