Min Bir Dad

Basma (Özbək mətbəxi)

Basma (Özbək mətbəxi)

Basma (özbək yeməyi)

Basma (özbək yeməyi)

Yemək  təriflərinə bu gün Özbək mətbəxi ilə davam edəcəyik.

Saytımızda  ümumiyyətlə dünya mətbəxindən olan təriflərə də yer verməyə çalışırıq.

Dəyişik yemək tərifləri , fərqli ləzzətlərə müraciət etməkdən çəkinməyənlər  üçün yazmağa çalışdıq bu tərifləri.

1001 dad yemək saytı hər bir mətbəxdə tapıla bilən  ərzaqlarla yemək bişirməyinizə  çalışır.

 Lazım olan ərzaqlar:

  • 1.5 kq qoyun əti,
  • 1 kq quru soğan,
  • 3 ədəd kök,
  • 1 kq kiçik kartof,
  • 1 – 2 baş sarımsaq,
  • Kələm ( bir  neçə  yarpaq 800q  qədər),
  • 2 – 3 ədəd  qırmızı bibər,
  • 4 -5 pomidor,
  • 1 ədət yaşıl alma (istəyə bağlı),
  • 1- 2 ədət yaşıl bibər,
  • 500 qr quyruq yağı ( duru yağ  və ya marqarin də ola bilər),
  • Ədviyyatlar,  ( reyhan, duz , istiot),
  • Cəfəri( istəyə  bağlı),

Hazırlanma qaydası:

  • Bu yemək üçün olan ərzaqlar bir az çox görünə bilər.
  • Amma bu ərzaqların çoxluğu sizi qorxutmasın.
  • Ancaq  bu yeməyi hazırlamaq çox rahatdır.
  • Basma yeməyi çox ləzzətli bir yeməkdir.
  • Tərəvəzlər hər evdə tapılan ərzalardır.
  • Altı qalın olan bir qazandan istifadə edə bilərsiniz.
  • Güvəcdən də istifadə edə bilərsiniz.
  • Qazanın altından quyruq yağını düzərsiniz.
  • Sonra   quyruğun  üzərinə   ətləri düzərək bir az duz səpmək  lazımdır.
  • Daha sonra sırasıyla pomidorları, kökü və   bibərləri əlavə edin.
  • Sarımsaqları  qazanın  ortasına qabıqlı  bir şəkildə yerləşdirin.
  • Daha sonra qalan  tərəvəzləri  yerləşdirin.
  • Kələm və kartofu yerləşdirdiyiniz kimi.
  • Tərəvəzləri , ədviyyatları   yerləşdirdikdən sonra  üzərinə bir tabaq qapadın.
  • Qazanın  ağzını möhkəm bağlayın.
  • Əvvəlcə yüksək atəşdə  bişirin.
  • Qaynamağa başladıqdan sonra vam atəşdə bişirin.   1 saat, 1 saat 10 dəqiqəyə yaxın bişirin.
  • Tərəvəzlər öz suyunda bişəcək.
  • Bişdikdən sonra dərin bir yemək tabağına əvvəlcə  kələmi  yığın.
  • Daha sonra ət və tərəvəzləri  əlavə  edin.
  • Tam ortasına sarımsaq və  bibər yığın.
  • Bu yeməyin iyi və   görüntüsü iştah açar.

So, what do you think ?