sayfa içeriği

Min Bir Dad

Bayram yumurtası

0
bayram yumurtası

bayram yumurtası

Bayram yumurtası

Lazım olanlar:

  • Yumurta,
  • Qırmızı soğan qabığı,
  • Su

Bayram yumurtasının hazırlanma qaydası:

  • Novruz bayramında hazırlanan bayram yumurtası hazırlamaq çox asanddır.
  • Bayram yumurtası hazırlamaq üçün əvvəlcə qırmızı soğanın üst qabıqları geniş bir qazana yığılır.
  • Bişiriləcək bayram yumurtası bu quru soğan qabıqlarının arasına səliqə ilə düzülür.
  • Bayram yumurtası və soğan qabıqlarının üzərinə su əlavə edilir.
  • Bişmək üçün ocağın üzərinə qoyulur.
  • Burada normal suda yumurta bişirən kimi bayram yumurtası soğanlı suda qaynadılıb bişirilir.
  • Soğanlı suda qaynayan yumurta, soğan qabıqlarının sayəsində qırmızırəngə boyanır.
  • Yumurtaların üzərinə əvvəlcə yarpaq yapışdırıb bu şəkildə soğan qabığı ilə bişirildiyi təqdirdə yumurtanın üzərində yarpaq şəkli və s. meydana gəlir.
  • Bayram yumurtasının soğan qabığı ilə bişməsi nəticəsində özünəməxsus iyi və tamı olur.

Qeyd:

  • Çox vaxt novruz bayramı zamanı boyanan  yumurtanı  bəzəmək üçün, rəngbərəng olması, daha canlı və müxtəlif rəngləri olması üçün süni rəngləndiricilərdən istifadə olunur.
  • Bu şəkildə bişən yumurtalar rəngbərəng olsa da, soğan qabığı ilə boyanan yumurtalar kimi təbii olmur.
  • Bununla yanaşı bəzən hazır satılan naxışlı kağızlar vasitəsi ilə də yumurta üzərinə müxtəlif şəkillər, fiqurlar, naxışlar əldə etmək mümkündür.
  • Novruz bayramı zamanı boyanan  yumurta şəkərbura, paxlava, səməni, şəkərçörəyi, banan peçenyesi, fındıq ləpəsi, qoz ləpəsi, şabalıd və s. ilə birlikdə novruz bayramı xonçalarının bəzəyidir.
  • Uşaqların səbirsizliklə gözldiyi, sevinclə qarşıladığı yumurta bəzəmə adəti, Azərbaycanda həmişə novruz bayramı zamanı baş tutan milli ənənəmizdir.
  • Novruz süfrələrinizdən bir – birindən ləzzətli təamlarla birlikdə qırmızı yumurta, sevinc, bayram əhval – ruhiyyəsi heç zaman əskik olmasın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *