sayfa içeriği

Min Bir Dad

Beşbarmaq (Qazax mətbəxi)

Beşbarmaq (Qazax  mətbəxi)  

 

Beşbarmaq (Qazax  mətbəxi)

Beşbarmaq (Qazax mətbəxi)

Beşbarmaq (Qazax  mətbəxi)

Bu  günki tərifimdə Qazaxların ənənəvi yeməklərindən biri olan  “Beşbarmaq”  yeməyini sizlərin diqqətinə çatdıracağam. Bu yemək   əllə yeyildiyi üçün adına beşbarmaq deyilir.Altay dağlarının  soyuq  yaşam şartlarına ən uygun menyu  olan  “Beşbarmaq”  süfrələrin  vazkeçilməzidir.Xəmirin  ət suyunda bişmiş ləzzətini  dadmaq istərsiniz  buyrun.Sevdiklərinizlə birlikdə hazırlamağınızı və nuş etməyinizi arzulayıram!

 Beşbarmaq üçün lazım olan ərzaqlar:

  1. 1 kq . sümüklü  quzu əti,
  2. 1 quru soğan,
  3. 2 stəkan  un,
  4. 1 yumurta,
  5. Yetərincə  ilıq  su,
  6. duz,
  7. (istəyə  görəbişirmək suyuna  zəncəfil, kartof, kök  əlavə edə bilərsiniz)

Beşbarmaq yeməyinin hazırlanma qaydası:

  1. İri parçalanmış ətləri böyük  bir qazana yerləşdirin.
  2.  Ətin üzərinə   1 qarışdan   bir az artıq  keçənə  qədər  su ilə doldurub  qaynamaya qoyun (ən son xəmirləri  bu suda bişirəcəyiniz üçün suyun bol olması lazımdır).
  3. Ətin köpüklərini alın və yumşalana qədər  vam odda bişirin.
  4. Öz zövqünüzə uyğun duzunu ata bilərsiniz.
  5. Unu dərin bir qaba qoyub ortasında hovuz kimi bir yer açın.
  6. Hovuz kimi yerə yumurtanı, duzunu əlavə etdikdən sonra ilıq sudan yavaş -yavaş əlavə edərək nə bərk, nə də çox yumşaq bir xəmir hazırlayın.
  7. Xəmiri 20 dəqiqə ərzində dincəlməyə qoyun.
  8. Üzəri qurumasın deyə nəmli bir bez ilə örtün.
  9. Dincə qoyduğunuz xəmiri iki yerə bölün.
  10. Xəmirləri iki kündə edin.
  11. Həmin kündələri mantı xəmiri qalınlığında yayın.
  12.  Yaydıqdan sonra yuxanı oxlova bükün və uzununa kəsin.
  13.   Doğradığınız   xəmirlərdən 4 barmaq enində kvadratlar kəsin və kəsdiyiniz xəmirləri bir -birindən ayırıb siniyə düzün.
  14. Ətləri qazandan çıxardın və qaynayan suya xəmirlərin bir hissəsini atıb 5 dəqiqə qədər qaynadın .
  15. Yumşalan xəmirləri kəfkirin köməyi ilə iri bir servis tabağına alın.
  16. Xəmirlər bişərkən bir tərəfinə 1 çömçə ət suyunu kiçik bir sos qazanına alıb doğramış olduğunuz soğanı əlavə edərək orta atəşdə qarışdıraraq soğanları azca yumşalana qədər bişirin.
  17. Ətləri xəmirlərin üzərinə əlavə edin.
  18. Ən sonunda isə soğanları üzərinə əlavə edin.

Not:

  1. Dadını daha yaxşı hiss etmək üçün əllə yeməyinizi tövsiyyə edərdim.

 Nuş olsun!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *