Min Bir Dad

Beyti kababı 

0

Beyti kababı 

2  nəfərlik,

45 dəqiqəyə hazırlanır,

45 dəqiqədə bişir,

Beyti kababı üçün lazım olan ərzaqlar:

Küftəsi üçün:

  • 1 ədəd yumurta,
  • 1 ədəd soğan,
  • 2 diş sarımsaq,
  • 1 çay stəkanı  suxarı , 
  • 1 çay qaşığı cirə,
  • 1 çay qaşığı  istiot, 
  • 1,5 şirniyyat   qaşığı duz, 
  • 1 yemək qaşığı zeytun yağı,
  • 400 qram  qiymə,

Lavaşı   üçün:

  • 5,5 su stəkanı un,
  • 2 stəkan ilıq su, 
  • 1 paket  instant maya, 
  • 2 yemək qaşığı duz

Sosu üçün:

  • 1 yemək qaşığı  kərə yağı,
  • 1 yemək qaşığı  pomidor tomatı,
  • 1 yemək qaşığı su,
  • 1  şirniyyat qaşığı  bibər tomatı,
  • 1 kasa sarımsaqlı qatıq

Beyti kababının hazırlanma qaydası: 

Lavaşın hazırlanması:

  • Unu bir qaba ələyin və sonda isə duzunu əlavə edəcək şəkildə bütün ərzaqları qarışdırın.
  • Hamar bir konsistensiya alana qədər yoğurun.
  • Yoğurduğunuz xəmirləri 30 qramlıq kündələrə ayırın.
  • Kündələdiyiniz xəmir kündələrinin üzərinə nəmli bir bez və ya strec film çəkin.
  • Mayalanan xəmirləri azca unlayaraq vərdənənin yardımı ilə incə yayın.
  • İncəltdiyiniz xəmirləri sacda və ya teflon tavada bişirərək soyumağa qoyun.
  • İstəsəniz  hazır yuxa və ya lavaş  da  istifadə edə bilərsiniz.
  • Lavaşı bişirmək üçün tavanızı yağlayın .

Sosun hazırlanması:

  • Kərə yağını əridin.
  • Pomidor və bibər tomatını da əlavə edin.
  • Suyunu da əlavə edib bir -iki dəqiqə pokurdayana qədər qarışdırın.

Küftənin hazırlanması:

  • Fırını 180 dərəcəyə yaxın qızdırın.
  • Soğan və  sarımsağı robortdan keçirin və  suyunu süzün.
  • Qiyməni bir  qaba alın.
  • Soğan və sarımsağı  da əlavə edib azca  qarışdırın.
  • Suxarı,  yumurta, zeytinyağı və ədviyyatları əlavə edin.
  • Ərzaqları bir -birinə qatışdıraraq  yoğurun.
  • Hazırladığınız qiyməni strec filmə bükərək soyuducuda 15 dəqiqə saxlayın.
  • Yağlı kağız sərilmiş soba tabağına küftələri yığın.
  • Küftələri uzunsov şəklinə salın.
  • İstəsəniz şişdə də bişirə bilərsiniz.
  • Küftələri yaxşıca bişirin.
  • Bişən küftələri daha öncədən hazırladığınız lavaşın içinə bükün.
  • İstəsəniz yuvarlaq şəkildə dilimləyə bilərsiniz.
  • Dilimlədiyiniz kababları tabağa düzün  və daha 5-10  dəqiqə sobada bişirin.
  • Üzərinə hazırladığınız qatıq  sosu və tomatlı yağlı sosu da əlavə edərək servis edə bilərsiniz.
  • Küftələri bişirərkən yanına pomidor  və bibər əlavə edərək tabağınızı daha da rəngləndirə bilərsiniz.

 

 

So, what do you think ?