fbpx

Min Bir Dad

Bibər buzluqda necə saxlanılar?

0
bibər buzluqda necə saxlanır?

bibər buzluqda necə saxlanır?

Yaz ayları gəlincə ləzzətlərə  ləzzət qatan   bibərlər!

Yazın sonlarına doğru onları o qədər təzə  və ləzzətli yeyəcək olmanın təlaşı  içimizi  darıxdırar.

Sadəcə  bibərlər   deyil, diğər tərəvəzlərə də özləm yaşanır.

Badımcan , pomidor qurudulur, buzluqlarımızda təzə lobya üçün yer açılır.

Bibərlərdən də ləzzətli  turşularsoslar  ,  tomatlar hazırlanır,  qurumaq üçün günəşli yerlərə sərilir. 

Sarı, qırmızı, yaşıl…İstədiyiniz rəngdə  bibərlər alın.

Qış üçün onlara buzluqda yer açın.

İki fərqli  metod  və mükəmməl ləzzətiylə bibər saxlamağa  hazırlaşın.

Bu bibərləri istədiyiniz  zaman buzluqdan çıxarıb  istifadə edə   bilərsiniz. 

İki sadə metodla: Bibər buzluqda necə  saxlanır?

1- ci metod:

  • Bibərləri közlənmiş şəkildə və ya yeməklik hazırlamaq şəklində iki fərqli metodla dondurucuda saxlamaq olar.
  • Bibərlərinizi təzə  bir şəkildə buzluqda saxlamaq üçün əvvəlcə  bibərlərinizi yaxşıca yuyun.
  • Ardından ortadan ikiyə bölərək toxumlu   hissələrini  çıxardın.
  • Yeməklərdə ya da qızartmalarda istifadə ediləcək şəkildə doğrayın.
  • Doğradığınız bibərləri dondurucu torbalarına  yerləşdirib   buzluğa atın.
  • Yeməklərdə istifadə edə  bilərsiniz.
  • Ancaq qızartma edəcəyiniz  zamanlarda  mütləq əvvəlcədən  çıxarıb otaq  temperaturunda olmasına çalışın.
  • Kağız dəsmal ilə   qurutduqdan sonra yağda qızardın.
  • Buzlu bir halda istifadə etsəniz  yağda parlaya  bilər.
  • Otaq temperaturunda olmasa qızartmayın!

2 ci metod:

  • Közlənmiş bibərləri  soyuducuda  saxlamaq üçün  bibərlərinizi ocaqda, fırında ya da manqalda istədiyiniz metodla  közləyin.
  • Közlənən bibərlərinizi bir qaba alın.
  • Qabı qapadın və bibərlərin ilk istisinin çıxmasını  gözləyin.
  • İlk istisi çıxan  və tərləyən bibərlər asanlıqla  soyulacaqdır.
  • Bibərlərinizin qabıqlarını soyun.
  • Toxumlu hissələrini də çıxardın.
  • Ardından soyuducunun torbalarına yığın.
  • Buzluqda donduraraq  saxlayın.
  • Közlənmiş bibərləri sadəcə  közləyib  qabıqlarını soymadan, otaq temperaturuna gəldikdən sonra  bütün soyuducu torbalarına yığıb  saxlaya bilərsiniz.
  • Sadəcə  qabıqlarını soyaraq soyuducu torbasına yığa bilərsiniz.
  • Buzluqlarınız dolduğuna görə qış hazırlıığınız başa çatdı.İndidən əllərinizə sağlıq!

     

So, what do you think ?