Min Bir Dad

Bibər konservi necə hazırlanır?

0

Bibər konservi necə hazırlanır?

Bibər konservası necə hazırlanır?

Bibər konservi necə hazırlanır?

Ölkəmizdə  bol miqdarda yetişdirilən tərəvəzlərdən biri də bibərdir.  Qırmızı bibər A vitamini açısından olduqca zəngindir. Yaşıl bibər isə C vitamini deposudur.

Bibər konservi üçün lazım olan ərzaqlar:

  • 1 kq bibər,
  • 1 baş sarımsaq,
  • Yarım çay stəkanı  zeytun yağı,
  • Yarım çay stəkanı sirkə,
  • 1 dəstə cəfəri,
  • Duz,
  • 1 ədəd şüşə qab

Bibər konservi  necə hazırlanır?

  • Əvvəlcə bibərləri yuyun.
  • Saplarını kəsmədən  manqalda   közləyin.
  • Bibərləri fırında da közləyə bilərsiniz .
  • Amma manqal ləzzətində olmaz.
  •  Çalışın  odun atəşində bibərlər közlənsin.
  • Bibərlərin közlənməsindən sonra qabığınuı soymağa   başlayın.
  • Qabığının  rahat  soyulması üçün bir dəsmal içərisində 10 dəqiqə qədər saxlayın.
  • Bibərlər közləndikdən sonra, qabığını  soymadan öncə və ya soyduqdan sonra yuyulmamalıdır.
  • Çünki yuyulsa dadı itər.
  • Ayrıca yumaq  köz dadının da getməsinə səbəb olar.
  • Bibərlərin qabıqları soyulduqdan sonra saplarını  çıxardın.
  • Saplarını çıxardarkən  bibərləri çox da zədələməyin.
  • Hazırlanan bibərləri bankalara bütöv  halda  yerləşdirin.
  • İstəyə  görə iri dilimlər halında  da  doğraya bilərsiniz.
  • Bankaları  yuyun.
  • Sonrasında yuyub arıtladığınız cəfərini bankalara qoyun.
  • Üzərinə 1 dənə  qırmızı bibər əlavə edin.
  • Soyub  dilimlənən sarımsaqları  da araya yerləşdirin.
  • Bütün bibərlər, sarımsaqlar və cəfəri  bu sırayla bankalara yerləşdirin.
  • Bankanın  üzərinə  basdıraraq  havasını alın .
  • Zeytun yağı, sirkə və  duzu  qarışdırın.
  • Sonrasında bu qarışımı  bankalara tökün.
  • Bankanın  qapağını möhkəm bağlayın.
  • Bir qazana su qoyub bankanı içərisinə  yerləşdirin.
  • Bankaları yerləşdirərkən, qapaq hissələrinin  su seviyyəsindən 2-3 cm yuxarıda olmasına diqqət  edin.
  • Qazanı ocağa qoyub  qaynadın.
  • Sonrasında bankaları qazandan çıxardıb silin.
  • Qaynatma işləmi konservinin dayanıqlılığını artırır.
  • Əgər az miqdar ərzaqdan hazırlayırsınızsa qaynatmadan da saxlaya bilərsiniz.
  • Hazır konservləri soyuducuda saxlaya bilərsiniz.

 

So, what do you think ?