fbpx

Min Bir Dad

Bibər necə qurudulur

0

k_l_k_biber_dolmas_kurusu1Ərzaqlar:

  • 5 kq dolmalıq  bibər,
  • yorgan ipi və ya bir az qalın bir ip

Hazırlanması:

  • Bibərləri əvvəlcə yuyun və suyunu süzün.
  • Suyu süzülən  bibərlərin baş hissəsini  azca basaraq içinə doğru itələməklə  sap hissələrini çıxardın.
  • Bibərləri tərs  çevrərək ovcunuzun ortasına ya da yerə yavaşça  vuraraq içindəki toxumları tökün.
  • Qalın bir iynəyə uzun  bir ip  saplayıb
  • bibərlərin alt hissələrindən iynəyə keçirərək sıra ilə düzün.
  • Çox  sərt bir şəkildə tutularaq eyvanın çox günəş görməyən bir yerindən bibərləri asın.
  • Çalışın bibərlər  bir –birinə dəyməyəcək şəkildə qurusun.
  • Bibərlər qıpqırmızı olub quruyunca ipdən alıb quru ,nəm görməyən qaranlıq bir yerdə saxlayı.
  • Ən yaxşı saxlamaq yolu kağıza sarıyaraq ağzı bərk bağlanmış bir torbada saxlamaqdır.
  • Günəşə  sərilib qurudulan  bibər çox istidən bişib dadı , rəngi  və iyini itirir.
  • Bu na görə də bibərləri çox günəşdə  deyil də günəş görməyən bir yerdə qurutmağa diqqət edin.
  • Bibər seçimində isə qalın olmayan yumşaq olan və bürüşük olmayan,  yeni toplanmış yerli bibərlərdən almağa çalışın.
  • İçindəki toxumlarını  mütləq  təmizləyin.

So, what do you think ?