Min Bir Dad

Biskvit tortu

keksli tort

Biskvit Tortu

Lazım olan ərzaqlar

  • Kakao: 1,5 çay qaşığı
  • Vanil: 2 paket
  • Qabartma tozu: 2 paket
  • Yumurta: 14 ədəd
  • Şəkər tozu: 4 stəkan
  • Un: 4 stəkan
  • Duz: 1 çimdik

Krem üçün:

  • Kenton kakao: 1,2-2 çay qaşığı
  • Kenton vanil: 2 paket
  • Qaymaq: 800 qram
  • Şəkər tozu: 1 stəkan

Bəzək üçün:

  • Peçenye ovuntusu
  • Keks ovuntusu
  • Damla şokalad
  • Zövqə görə digər tort bəzəyi

Biskvit tortu hazırlanma qaydası

İki ədəd keks bişiriləcək – kakaolu və kakaosuz. Buna görə də hər bir keks üçün yazılan ərzaqların yarısı istifadə olunur (kakao xaric)

Sadə keks: Mikserin qabına 7 ədəd yumurta vurulur. Üzərinə şəkər tozu əlavə edilir və qarışdırılır. Bir stəkan unun üzərinə 1 paket Kentn qabartma tozu, ikinci stəkan unun üzərinə Kenton vanil vurulur. Un əlavə edilərkən tort keksinin xəmirini mikserlə çalmağa ehtiyac yoxdur. Onu əllə qarışdırmaq lazımdır. Unu yavaş-yavaş qarışdıra-qarışdıra qarışığa əlavə edilir. Tam qarışdıqdan sonra keks qəlibinin altına bişirmə kağızı sərilir. Keksin rahat çıxması üçün qəlibin yanları yağlanır. Keks xəmiri qəlibdə 180 dərəcə isidilmiş sobada bişirilir.

Kakaolu keks: Kakaolu keksin hazırlanması da sadə kekslə eynidir. Un vurulduqdan sonra xəmirə Kenton kakao vurulur və yaxşıca qarışdırılır.

Kakaolu keks xəmiri 180 dərəcə isidilmiş sobada bişirilir.

Hər iki keksin də soyuması üçün gözlədilir. Soyuduqdan sonra üzərləri düzgün deyilsə nazik bir təbəqə halında kəsilərək düzəldilir.

Kekslər tən ortadan hündürlüyünə iki hissəyə bölünür.

Sadə kremin hazırlanması:

Mikserin qarışdırma qabına 400 qram qaymaq, şəkər tozunun yarısı, bir paket vanil vurulur və qarışdırılır.

Kakaolu kremin hazırlanması: Kakaolu krem hazırlamaq sadə kremi hazırlamaqla eynidir. Sadəcə krem hazır olana yaxın Kenton kakao əlavə etmək lazımdır.

Tortun bəzədilməsi:

Sadə keksin yarısı totr qabına yerləşdirilir. üzərinə kakaolu krem sürülür. Bunun üzərinə kakaolu keksin yarısı qoyulur və üzərinə sadə krem sürülür. Buraya biraz damla şokolad əlavə edilir.

Üzərinə sadə keks qoyulur, onun üzərinə də kakaolu krem vurulur. Bundan sonra kakaolu keks qoyulur və üzərinə sadə krem vurulur. Peçenye qırıntısı, keks ovuntusu, damla şokolad və s. ilə tortun üzəri bəzədilir.

Tortun yanlarını kremləyərkən tort qabının təmiz qalması üçün altına kağız qoyulur. Tortun yanları da kremlənir üzəri zövqə görə bəzədildikdən sonra tortun altındakı kağızlar çıxardılır.

Nuş olsun.

Bənzər reseptlər

 

So, what do you think ?