Min Bir Dad

Blinçik xəmirindən börək

Blinçik xəmirindən börək

Blinçik xəmirindən börək  üçün lazım olan ərzaqlar:

  • 2 stəkan  süd,
  • 2 stəkan  un,
  • 2 yumurta,
  • Nanə,
  • Cəfəri,
  • Yaşıl soğan(hər birindən bir  neçə ədəd),
  • 2 diş sarımsaq,
  • 1 çay qaşığı toz bibər,
  • 1 çay qaşığı kəklikotu,
  • 1 çay qaşığı quru nanə,
  • 1 çay qaşığı cirə,
  • 1 çay qaşığı duz,
  • İçi üçün holland pendiri,
  •  Kərə yağı,

Hazırlanma qaydası:

  • Əvvəlcə yumurtaları çırpın.
  • Üzərinə südü və unu əlavə edin  və yaxşıca çırpın.Duzu və ədviyyatları da əlavə edin.
  • Yaşıllıqları və sarımsağı da doğrayıb qarışıma əlavə edin.
  • Yaxşıca qarışdırın.
  • Xəmiriniz artıq hazırdır.
  • Tavaya bir şirniyyat qaşığı kərə yağı alıb əridin.
  • Xəmirdən bir çömçə alıb isti tavaya tökün.
  • Altı qızarınca o biri üzünə çevirin  və yarsının üzərinə pendir düzərək digər yarısı ilə də üstünü ortün.
  • Hər iki tərəfini də qızardın. Xəmiriniz bitənə qədər bu işləmi davam etdirin.
  • Yarım ay şəklində ləzzətli bir plinçik gözləməniz hazırdır.
  • Plinçikləri isti-isti halda servis edin.

Nuş olsun!

 

So, what do you think ?