Bol göbələkli, qurudulmuş pomidorlu makaron
İtalyanların dünyaya verdiyi ən gözəl hədiyyədir makaron.
İllərdən bəridir bu hazır makaronlar həyatımızı daha da rahat hala gətirmişdir.
Tez bir zamanda bişən makaronları ağız dadımıza uyğun olaraq ədviyyat və tərəvəzlərlə də hazırlaya bilərsiniz.
Makaronun hər növ bişirilmişindən vaz keçmək olmur.
Hələ bir də pomidor və göbələyi bol olan makaronu görən hər bir kəs pəhrizini pozar, yedikcə yeyərlər.
1001 dad yemək saytı sizlərə bol göbələkli və pomidorlu bir yemək hazırlama tərifini verməyi lazım bildi.
Bu yeməyi sevdiklərinizlə birlikdə hazırlamağı və nuş etməyinizi arzu edir.
6 nəfərlik,
Hazırlanma surəsi:
15 dəqiqə
Bişirmə surəsi:
20 dəqiqə
Lazım olan ərzaqlar:
-
1 paket makaron,
-
2 yemək qaşığı zeytun yağı,
-
400 qram göbələk,
-
3 diş sarımsaq,
-
100 qram pomidor,
-
3/4 su stəkanı qaymaq,
-
1/4 su stəkanı süd,
-
1/2 su stəkanı rəndələnmiş pendir,
-
2 yemək qaşığı incə doğranmış təzə nanə,
Hazırlanma qaydası:
- Təzə nanə tapa bilməzsinizsə qurudulmuş nanə də istifadə edə bilərsiniz.
- İstərsiniz içərisinə toyuq bulyonu da əlavə edə bilərsiniz.
- Hazır makaronunuz varsa paketin üzərində yazılan qaydaya əməl etməyiniz vacibdir.
- Makaron bişdikdən sonra suyundan iki stəkan alıb kənara ayırın.
- Makaron bişərkən sosunu da hazırlamağa başlayın.
- Pomidorları soyub doğrayaraq bişirin.
- Pomidorlar bişdikdən sonra üzərinə zeytun yağı əlavə edin.
- Bu arada göbələkləri yuyub təmizləyin və 3-4 yerə bölün.
- Bir tavaya zeytun yağı əlavə edin.
- Yağ qızdıqdan sonra incə-incə doğranmış sarımsaqları və doğranmış göbələkləri əlavə edin.
- Göbələklər suyunu salıb tamamən suyunu çəkənə qədər bişirin.
- Ardından doğrayıb bişirdiyiniz pomidorları əlavə edin və ayırdığınız 2 stəkan bişmiş makaron suyunu da makaronun üzərinə əlavə edin.
- Qaynamağa başlayınca qaymağı və südü əlavə edib qaynayanadək bişirin.
- Qaynamaya başlar başlamaz içinə rəndələnmiş pendirləri əlavə edin.
- Pendir əriyənədək qarışdırın və ardından nanə əlavə edin.
- Makaronu süzdükdən sonra isti halda saxladığınız sosu içərisinə əlavə edin və yaxşıca qarışdırın.
- Bir –iki dəqiqə daha bişirdikdən sonra makaronunuz hazır.
- İsti halda servis edin.
So, what do you think ?