fbpx

Min Bir Dad

Bol soslu islaq keks

0

Bol soslu islaq keks

bol sulu islak keks

bol soslu islaq keks

 

Bol soslu islaq keks  üçün lazım olan ərzaqlar:

  • 3 yumurta,
  • 1 su stəkanı şəkər,
  • 1 su stəkanı süd,
  • yarım su stəkanı duru yağ,
  • 3 yemək qaşığı kakao,
  • 1 paket qabartma tozu (10 qr),
  • 1 şirniyyat qaşığı vanilin,
  • 1 şirniyyat  qaşığı portağal qabığı rəndəsi,
  • 1,5  stəkandan  bir az çox  un,

Bol soslu islaq keksin sosu üçün:

  • Bir su stəkanı  süd,
  • 1 su stəkanı  su,
  • 1 yemək qaşığı təpələmə kakao,
  • yarım su   stəkanı   şəkər,
  • 2 yemək qaşığı   duru  yağ,

(Əgər keks eynı gündə  bitəcəksə 80 qr.lıq 1 paket şokoladı sosa atıb  əridin və  keksin üzərinə tökün.

Uzun zaman  saxlandığında  şokolad  keksi sərtləşdirir.)

Bol soslu islaq keksin hazırlanma qaydası:

  • Yumurta və şəkəri  qarışdırma qabına alıb  mikserlə rəngi ağarana qədər çırpın.
  • Duru yağ və südü də əlavə edib qarışdırın .
  • Kakao, un,vanilini  və qabartma tozunu ələyərək qarışıma əlavə  edib  çırpın.
  • Yağlanmış orta boy dördkünc istiyə davamlı şüşə qaba  keks  xəmirini töküb   əvvəlcədən  190 dərəcə qızdırılmış fırına verin.
  • 20-25 dəqiqə ərzində  keks  hazır   olur.
  • Fırından çıxan keksin ilk istiliyi keçincə  üzərini  qalın  hörgü şişiylə  sıx  aralıqlarla deşin.
  • Sosu keksi bişirərkən  hazırlayın.
  • Bir qazana  süd, su, duru  yağ, kakao və  şəkəri əlavə edin.
  • Ocağın altını yandırın  və  şəkər əriyənə qədər qarışdırın.
  • Sos bir az isinəcək.
  • Dilimlədiyiniz   keksin üzərinə gəzdirin (Yəni həm şişlə deşib,  həm   də  dilimləyin.).
  • Keks isti,  sos ilıq  olacaq.
  • Ən az yarım saat gözlətdikdən sonra  servin edin.
  • Keksin üzərinə qaymaq, dondurma əlavə edərək də  servis edə  edə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?