sayfa içeriği

Min Bir Dad

Bostan kababı

Bostan kababı

Bostan kababı

Bostan kababı

Lazım olan    ərzaqlar: 

  • 2 ədəd badımcan
  • 2 stəkan maye yağ

Bostan kababı içliyi üçün:

  • 0,5 kq.  kiçik doğranmış ət
  • 1 qaşıq tomat püresi
  • 1 qaşıq bibər püresi
  • 1 ədəd böyük soğan
  • 2 yemək qaşığı kərə yağı
  • 2 yemək qaşığı maye yağ
  • 1 kiçik qaşıq duz
  • 1 kiçik qaşıq istiot
  • 1 kiçik qaşıq qırmızı bibər
  • 1 kiçik qaşıq kəkotu qurusu

Bostan kababı sos üçün:

  • Pomidor (üzəri üçün)
  • Bibər (üzəri üçün)
  • 2 ədəd pomidor (sos üçün)
  • 1 çay qaşığı tomat püresi (sos üçün)
  • 2 yemək qaşığı maye yağ (sos üçün)

Bostan kababı hazırlanma qaydası:

  • Badımcanı eninə ortadan iki yerə bölün.
  • Alacalı olaraq soyun.
  • Bundan sonra soyulub ortadan kəsdiyiniz badımcanları 30 dəqiqə duzlu suda gözlədin.
  • Bundan sonra suyunu silin və qurulayın.
  • Bir qaşıq vasitəsi ilə badımcanların içərisini yüngülcə oyun.
  • Maye yağı isidin.
  • Badımcanları burada o üz – bu üzünə çevirə çevirə yandırmadan qızardın.
  • Qızartdığınız badımcanları süfrə kağızının üzərinə qoyun.
  • Burada artıq yağlar süzüləcək.
  • Badımcanlar burada soyuyarkən, içlik üçün kərə yağı və maye yağı qazana qoyun.
  • Üzərinə doğranmış soğanı əlavə edin.
  • Soğan qovrulmağa başladıqda bunların üzərinə ət və tomatı da əlavə edib qabağını qapatın.
  • İçlik bişdikdən sonra duz və ədviyyatını da istəyə görə vurub ocağın üzərindən götürün.
  • Bostan kababı üçün əvvəlcədən qızartdığımız badımcanları duxovka sinisinə düzün.
  • Sonra hazırladığımız içliyi badımcanların üzərinə yerləşdirin.
  • Yumru dilimlənmiş pomidor və bibər ilə də üzərini bəzəyin.

Bostan kababı   üçün  sosun hazırlanması:

  • Tavaya yağı qoyun.
  • Üzərinə tomat püresini əlavə edin və qovurun.
  • Qabığı soyulmu, kub formasında doğranmış pomidorarı da buraya əlavə edin və qapağını örtün.
  • Vam odda pomidorlar tamemən bişənə qədər gözləyin.
  • Bişən sosu da badımcanların üzərinə əlavə edin.
  • Bundan sonra bostan kababı sinisini fırın kağızı və ya aluminium folyo ilə qapatın.
  • Duxovkanı əvvəlcədən 200 dərəcəyə isidin.
  • 200 dərəcəyə isidilmiş duxovkada kababı 10-15 dəqiqə bişirib servis edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *