Min Bir Dad

Böyürtkən mürəbbəsi

böyürtkən mürəbbəsi

böyürtkən mürəbbəsi

1 böyük banka,

20 dəqiqəyə hazırlanır,

30 dəqiqəyə bişir

Böyürtkən mürəbbəsi hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 1 kq böyürtkən,
  • 1 kq şəkər tozu,
  • 2 ədəd mixək,
  • 1/2 şirniyyat qaşığı   sıxılmış limon suyu,

Böyürtkən mürəbbəsinin hazırlanma qaydası:

  • Arıtlanmnış  böyürtkənləri bol suda yuyb süzgəcdən suyuynu süzün.
  • Mürəbbəni   zədəsiz, təzə böyürtkənlərlə hazırlayın.
  • Arıyladığınız böyürtkənləri bir qat şəkər tozu, bir qat böyürtkən olmaqla   qazana yığın.
  • Toz şəkərə qoyduğunuz  böyürtkənləri arzuya görə uzun zaman da şəkər tozunda saxlaya bilərsiniz.
  • Toz  şəkər sayəsində böyürtkənlərin su salması üçün iki saat ağzı  bağlı   otaq temperaturunda saxlayın.
  • Suyunu salan meyvələri  ocağa alın.
  • Orta atəşdə bişirməyə başlayın.
  • Meyvələrin dağılmaması üçün  mürəbbəni qarışdırmadan hazırlayın.
  • Bir az qaynatdıqdan sonra 20-25 dəqiqə qədər də vam odda bişirin.
  • Qatılaşmağa  başlayan mürəbbəyə  təzə  sıxılmış limon suyu və arzuya görə mixək  əlavə etdikdən  sonra 3-4 dəqiqə daha bişirin.
  • 5-10 dəqiqə  daha qısa sürədə bişirdiyiniz  mürəbbəni  şüşə bir qabda günəş ışığında uzun sürə (2-3 gün) saxlayaraq  daha parlaq mürəbbələr hazırlaya  bilərsiniz.
  • Hazır   mürəbbəni  soyutduqdan sonra təmiz bir bankaya yığın.
  • Qapağını sıxıca qapadıb  qaranlıq və  sərin bir yerdə saxlayın.

So, what do you think ?