Bozbaş hazırlamaq üçün lazım olanlar:
Hər payına:
- 163 q qoyun əti,
- 15 q yağ,
- 30 q noxud,
- 100 q kartof,
- 25 q baş soğan,
- 15 q tomat-püre,
- 1 q nanə qurusu,
- duz.
Bozbaşın hazırlanma qaydası:
- Qoyun cəmdəyinin döş, yaxud da kürək hissəsindən hərəsi 60-80 q çəkidə 2-3 tikə ət götürülür.
- Noxud 3-4 saat ərzində suda isladılır.
- Ət və noxud birlikdə 1,5-2 saat bişirilir.
- Xörəyin hazır olmasına 20 dəqiqə qalmış içinə doğranmış baş soğan, doğranmış kartof, yağda qızardılmış tomat-püre qatılır və bişirilir.
- Süfrəyə verilən zaman bozbaşın üstünə nanə qurusu səpilir.
- Yay zamanı tomat-püre əvəzinə bozbaşın hər payına 30 q hesabı ilə pomidor qatılır.
So, what do you think ?