Min Bir Dad

Brokoli salatı

0
Brokili salatı

Brokoli salatı

Lazım olan ərzaqlar:

  • 1 kiçik brokili,
  • 1 böyük kök,
  • 2 ədəd qırmızı ətli bibər,
  • Bişirilmiş qarğıdalı dənələri,

Sos üçün:

  • Duz,
  • zeytunyağı,
  • 3-4 diş sarımsaq,
  • Narşərab,

Brokoli salatı hazırlanma qaydası:

Brokolini kiçik parçalara ayıraraq isti suda bişirin.

Sonra süzün.

Kökü doğrayın.

Kökü də isti suda bişirin.

Qırmızı ətli bibəri də eyni şəkildə doğrayıb isti suda bişirin.

Bütün ərzaqları bişirdikdən sonra servis tabağına alıb üzərinə duz, zeytun yağı, döyülmüş sarımsaq və nar şərabını əlavə edib qarışdırın.

Ən son qarğıdalı dənələrini də əlavə edib servis edin.

Qeyd:

Tərəvəzlər bişdikdən sonra isti sudan çıxardıb soyuq suya qoysanız rəngini qoruyar və parlaq görünər.

 

So, what do you think ?