Min Bir Dad

Bulğur plovu

0
bulğur plovu

bulğur plovu

Bulğur plovu üçün lazım olan ərzaqlar:

  • 1 kasa incə bulğur,
  • 2 ədət pomidor,
  • 1 ədət baş soğan,
  • 2 ədət uzunsov bibər,
  • 1 su stəkanı toyuq suyu,
  • 1 su stəkanı isti su (toyuq suyu da ola bilər),
  • 2 yemək qaşığı maye yağ,

Bulğur plovunun hazırlanma qaydası:

  • Plovu hazırlamaq üçün əvvəlcə soğanları soyun.
  • Soyduqdan sonra soğanları incə-incə doğrayın .
  • Bir tavada yağı qızdırın.
  • Qızdırdığınız yağda doğradığınız soğanları azca qızardın.
  • Üzərinə doğranmış uzunsov bibərləri əlavə edərək , bir az daha qovurduqdan sonra rəndələmiş olduğunuz pomidorları əlavə edib yaxşıca qovurun.
    Bulguru yuyub süzün  və suyunu tam süzdükdən sonra qovurduğunuz  soğanların içinə əlavə edərək 1-2 dəqiqə daha qovurun.
  • Sonra isti halda olan toyuq suyunu üzərinə əlavə edin.
  • Suyu az olarsa isti su əlavə edə bilərsiniz.
  • Duzunu da əlavə edərək bir dəfə də qarışdırıb qapağını qapadın.
  • Vam odda suyu çəkilənə qədər qarışdırmadan bişirin.
  • Ocağı söndürdükdən sonra qapağın altına  dəsmal qoyaraq 10 dəqiqə  qədər gözlədin.
  • Bu zaman plov gözləyib dincəlirkən, qapağın altına qoyulan dəsmal plovun üzərinə suyun damlamasının qarşısını alır.
  • Plovumuz hazırdır.
  • İsti halda servis edin.

 

So, what do you think ?