Min Bir Dad

Bulğurlu pendirli börək

 

Bulğurlu pendirli börək

Bulğurlu pendirli börək

Bulğurlu pendirli börək

Bulğurlu pendirli börək

Bulğurlu pendirli börək  sevilən bir xəmir yeməyidir.

Bu yeməkdə  əsas ərzaq bulğurdur.

Əl açması yuxa ilə hazırlanan bu börəyin  tərifində hər hansı bir dəyişiklik yoxdur.

İçərisində börək xərci olan rulon sarılmış yuxanı sininin ortasından çölə doğru dolayın.

Bəzən gül börəyi kimi də hazırlaya bilərsiniz bu börəyi.

Pendir yerinə şor da istifadə edə bilərsiniz.

Pendir əvəzinə qovrulmuş qiymə də istifadə edə bilərsiniz.

1001 dad yemək saytı sizlərə bu börək tərifini təqdim edir.

Bu börəyi   qəhvəaltı süfrələriniz üçün hazırlayın və yaxınlarınızla birlikdə nuş etməyinizi arzulayır!

Lazım olan ərzaqlar:

  • 1/2 su stəkanı duru yağ,
  • 3 yumurta ,
  • duz ,
  • İlıq su,
  • 2 su stəkanı küftəlik bulğur,
  • 2 su stəkanı  qoyun pendiri,
  • 2 orta boy soğan,
  • 2 uzunsov  bibər,
  • 1 yemək qaşığı pomidor tomat,
  • Duz,
  • İstiot,
  • Quru nanə,
  • Pul bibər,
  • Çörək otu
  • 2 yumurtanın sarısı,
  • 1/2 su stəkanı qatıq,
  • Maye yağ ( xəmirinə,  içərisinə və üzərinə )

Hazırlanma qaydası:

  • Unun ortasını hovuz kimi düzəldib içərisinə 3 yumurta qırın.
  • Duru yağı və duzu da əlavə edin.
  • Nəzarət edərək qulaq məməsi bərkliyində xəmir yoğurun.
  • Xəmiri yarım saat bir bez altında dincə qoyun.
  • Xəmirdən kiçik alma böyüklüyündə 6-8 kündə kəsib əlinizlə xəfifcə yoğuraraq  özləşdirin.
  • yenidən bir bez örtərək kündələri dincə qoyun.
  • Xəmir dincə qoyulandan sonra börəyin iç xərcini hazırlayın.
  • Soğanları incə- incə  doğrayaraq   maye yağda    qovurun.
  • Toxum yataqları təmizlənmiş və incə   doğranmış   uzunsov  bibərləri əlavə edib  azacıq  kqovurun.
  • Ayıqlayıb  yuduğunuz  bulğurunuzu əlavə edip bir-iki dəfə  qarışdırın.
  • Tomatınızı da əlavə edib bir az qovurun.
  • Arzuya görə ədviyyatlarını da əlavə edib   ( acı sevənlər pul bibər qata bilər,  ) bulğurun üzərini bir barmaq keçəcək  qədər isti  su əlavə edin.
  • Vam atəşdə  qapağını qapadaraq 5-6 dəqiqə bişirin.
  • Ardından öcağı qapadıb  bulğurun  demlənməsini gözləyin.
  • Hazırladığınız bulğur plovunu  geniş  bir qaba alın və ilınmasını gözləyin.
  • Plovunuza ufalanmış pendiri əlavə edib .
  • Dincə qoyduğunuz kündələri  yayaraq börək üçün yuxa açın.
  • Hər bir yuxanı  ortasından kəsərək iki yarım dairəlik yuxa əldə edin.
  • Qaşığınızın ucuyla üzərinə  maye yağ gəzdirib əlinizlə azca yayın.
  • Kəsdiyiniz  düz hissənin  bir neçə  barmaq yardımı  ilə   yuxaların boyunca iç xərcindən əlavə edib yayın  və rulo şəklində bükün.
  • Rulonlarınızın uç  hissələrinin açılmaması üçün  azcz  qatlayaraq rulonuzu ovcunuzla hafif çəkiştirərək bükün.
  • Yağlanmış bir sininin ortasından başlayaraq  sarıyın.
  • Hər yeni rulonu diğərinin bitdiyi yerdən davam edərək sininin sonuna qədər yerləşdirin.
  •  Arzuya görə hər bir rulondan porsiyonluk gül börəyi formasında , yaxud da kvadrat şəklində   doğrayaraq düzə bilərsiniz.
  • İki yumurtayı bir fincan maye yağ və yarım su stəkanı  qatıq  ilə çırpıb börəyin üzərinə tamamən yaxın.
  • Arzuya görə  çörək otu səpərək  altı və üzəri nar kimi  qızarıncaya qədər orta temperaturlu bir fırında bişirin.
  • Fırından çıxartdığınız börəyinizi kənara alıb üzərinə barmaq uçlarınızla bir neçə damcı su gəzdirib bez bir örtük altında soyudun.
  • Bez örtük  hava aldığı üçün börəyinizin  tərləməsinə  xəmir kimi olmasına   mane olacaqdır.
  • Üzərinə başqa bir sini  qoyduqda börəkləriniz tərləyib zay olacaqdır.
  • Dilimləyib ilıq olaraq servis edin.

Nuş olsun!

So, what do you think ?