Min Bir Dad

Bütöv pomidor turşusu

butun pomidor tur.usu

Bütöv  pomidor turşusu üçün lazım olan ərzaqlar:

  • 2 kq yaşıl pomidor,
  • 1 baş sarımsaq,
  • ½ çay stəkanı quru noxud,
  • 1 salxım üzüm,
  • 1 çay stəkanı sirkə,
  • 4-5 ədət limon duzu,
  • 1 çay qaşığı toz şəkər,
  • 2 kq su,
  • 1 çay stəkanı duz,
  • ½ dəstə kərəviz sapı,

Bütöv  pomidor turşusunun  hazırlanma qaydası:

  • Suyu qaynadıb bir kənarda soyumağa qoyun.
  • Soyuyan suyun içinə toz şəkəri, limon duzunu, sirkəni qoyub qarışdırın.
  • Bir yumurtanı yuyub suyun  içinə atın.
  • Yumurta suyun üzərinə çıxırsa suyunuz hazırdır.
  • 3 litrəlik geniş ağızlı bir şüşə bankalara noxudları yuyub əlavə edin.
  • Kərəviz saplarının yarsını içinə doğrayın.
  • Pomidorları yuyub bıçaqla bir neçə yerindən deşib bankalara yerləşdirin.
  • Üstünə soyduğunuz sarımsaqları atın.
  • Bu şəkildə bankaları doldurun.
  • Hazırladığınız turşu suyunu da pomidorların  üzərinə doldurun.
  • Kərəviz saplarını da rulon kimi büküb pomidorların üzərinə qoyun .
  • Sonra qapağını bərk bağlayın.
  • Bankanın çöl tərəfini də kağızla sarıyb bir dənə ağ polietilen torbaya qoyun.
  • Qaranlıq bir yerdə 1 ay saxlayın. 1 ay sonra turşunuz hazırdır.

 

So, what do you think ?