Min Bir Dad

Buxarda rulon mantı

0

buxarda manti

Buxarda rulon mantı

 Buxarda rulon mantı üçün lazım olan ərzaqlar:

Xəmiri üçün:

  • 1 yumurta,
  • 3 stəkan un,
  • 2 cay qaşığı duz,
  • Yetəri qədər su,

İç xərci:

  • 300 q qıymə,
  • 2 orta boy soğan,
  • 2 orta boy kartof,
  • duz
  • İstiot,

Rulon  mantının hazırlanma qaydası:

  • İç xərci üçün lazım olan ərzaqları qarışdırıb bir kənara qoyun.
  • Xəmir üçün lazım olan ərzaqları qatıb yumşaq bir xəmir yoğurun.
  • 2 dəqiqə dincə qoyduğunuz xəmiri 3 kündəyə ayırın.
  • Kündələri çox nazik açın.
  • Sonra iç xərci üçün olan ərzaqları yuxanın içinə yayın.
  • Yuxanı rulon kimi bükün və uçlarında qalan xəmiri kəsin.
  • Yağlanmış sininin içinə yığın.
  • Üzərini kərə yağıyla yaxşı-yaxşı yağlayın.
  • Rulonu qazanda qaynayan suyun üzərinə suya dəyməyəcək şəkildə   qoyun.
  • Üzərinə qapağı örtün.
  • Suyun buxarıyla bişən manti 25-30 dəqiqə qaynamalıdır.
  • Sonra içindən kartof alınaraq bişməsini  yoxlayın.
  • Bişibsə yeyilməyə hazirdır.
  • Rulon  mantının diğər özəlliyi isə qurut və əridilmiş kərə yağıyla yeyilmiş  olmasıdır.

Qurudun açılması:

  • 200 q qurudu  qıraraq robota qoyun.
  • Üzərinə 1 stəkan  qaynar su əlavə edib  robotun qapağını bağlayıb robotdan keçirdin.
  • Qurudu robotda əzəndən sonra ələkdən keçirin.
  • Ayrandan bir az daha qatı olacaqdır.
  • Mantının üzərinə qurut və yağ töküb servis edə bilərsiniz.

So, what do you think ?