Min Bir Dad

Calebi( Hind mətbəxi)

hind tatlisi

Tərkibi:

  • 0,5 st. buğda unu,
  • 0,5 st. mannı yarması,
  • 1 çimdik zəfəran,
  • 1 x.q. limon şirəsi,
  • 3-4 x.q. qəhvəyi şəkər tozu,
  • bitki yağı (qızartmaq üçün),
  • 200 q yulaf lopası (yaxud 1 st. Qarışıqsız qatıq)

 

Hazırlanması:

  • Əvvəlcə “yulaf südü” hazırlayın.
  • Bunun üçün yulaf lopasının üzərinə 1,5 l su töküb bir gecə saxlayın.
  • Sabahı gün cunadan süzün.
  • 1 st. yulaf südü gərək olacaq.
  • Mannı və unu qarışdırın.
  • Duz, 1 x.q. bitki yağı, az-az yulaf südü əlavə edin.
  • Xəmir duru olmalıdır.
  • Yulaf südü yerinə qatıq götürə bilərsiniz.
  • Tavada bitki yağını qızdırın.
  • Konditer şprisinə xəmiri doldurun.
  •  Xırda ucluq taxın.
  • Qızmış yağa xəmiri spiral formasında salın.
  • Bunu sürətlə etmək lazımdır.
  • Hər iki üzünü qızılı rəng alanadək qızardın.
  • Zəfəran şərbəti:
  • 1 çimdik zəfəranın üzərinə yarım stəkan qaynar su töküb dəmləyin.
  • Süzün.
  •  1 x.q. limon şirəsi və qəhvəyi şəkər əlavə edin.
  • Qarışdırın.
  •  Hazır calebiləri bu şərbətə batırın.
  • Şirniyyatımız servisə hazırdır.

 

So, what do you think ?