sayfa içeriği

Min Bir Dad

Posts Categorized / İçkilər

Zəfəran şərbəti

Lazım olanlar:  Şəkər – 30 q, su – 150 q, zəfəran – 0,15 q, reyhan və ya nanə toxumu – 0,1 q, buz – 20 q.  Hazırlanma qaydası: Zəfəran, reyhan və nanə toxumu qaynadılmış suda 3-4 saat saxlanılır və şəkər əlavə edilir. Şərbət süzülür və soyudulur. Süfrəyə verildikdə içərisinə buz tikələri salınır.     Mənbə: azerbaijans.com/

0

Səhləb

Lazım olanlar: 4 stəkan süd, 1\2 şorba qaşığı nişasta, 1\2 şorba qaşığı düyü unu, 4 şorba qaşığı şəkər tozu, Üzərinə: Darçın. Hazırlanması: Şəkər, duyu unu və  nişasta  bir qaba qoyulub süd əlavə edilərək qarışdırılır. Qatılaşana qədər qaynadın. Sonra fincanlara süzüb  darçın ilə bəzəyərək servis edin.

0

Darçınlı isti şokolad

Lazım olanlar: 2 fincan süd, 2 şirniyyat qaşığı bal, 2 şirniyyat qaşığı bitter şokolad, 2 şirniyyat qaşığı kakao, 1 darçın qabığı, Hazırlanması: Südün içinə darçın qabığı qoyub vam odda qızdırın. Içinə digər ərzaqları da əlavə edib qaynadın. Qaynayan təki darçın çubuklarını südün içindən çıxardıb fincanlara qoyun. Südü fincanlara töküb serviz edin.

0

Bitki çayı(yayla çiçəyi)

Lazım olanlar: 1 dəstə yayla çiçəyi, Su, Hazırlanması: Vətənimizin  yamyaşıl dağlarından toplanan çeşid-çeşid çiçəklərlə  hər dərdə dava çəfalı çay. Toplanıb qurudulmuş çiçəklərdən bir dəstə çaydanlığa qoyub üzərinə qaynar su əlavə edin. 10-15 dəqiqə dəmləndikdən sonra afiyətlə udum-udum için.

0

Nanə şərbəti

Lazım olanlar: 1 dəstə nanə, 1 su stəkanı şəkər, 1 litr su, Yarım limon, Istəyə görə yaşıl qida boyası,  Hazırlanması: Nanələri yuyun və incə-incə doğrayın. Bir qazana alın və üzərinə şəkərini tökün. Bir qaşıq yardımı ilə əzərək qarışdırın. Qapağını örtüb yarım saat gözləyin. Suyunu da əlavə edib ocağa alın. Limonun suyunu da qazana sıxıb qabığı […]

0

ərik şirəsi

lazım olanlar: 1 kq sarı ərik, 2 litr su , 3 stəkan şəkər tozu, Hazırlanma qaydası: Qazana su , şəkər, yuyulmuş ərikləri  yığın. Vam odda yarım saat qaynadın. Ocaqdan düşürüb qaşıq və ya çömçə vasitəsi ilə əzin. Daha sonra süzün və soyumaya qoyun. Soyuq halda servis edin.

0

Freppe (buzlu qəhvə)

Lazım olanlar: 1 su stəkanı soyuq süd, 1,5 şirniyyat qaşığı hazır qəhvə, 3-4 parça buz, 1 şirniyyat qaşığı buz, 1 şirniyyat qaşığı şəkər tozu, 1 şirniyyat qaşığı qaymaq, Krem şanti və şokolad sosu, Hazırlanması: Bir böyük stəkana qəhvə , şəkər, südü qoyub möhkəm çırpın. Stəkanın dolmasına yaxın 2-3 sm qalacaq şəkildə  buz,və qaymağı əlavə edib […]

0

Stəkanda meyvə kokteyli

    Lazım olan ərzaqlar: 2 su stəkanı portağal suyu, 2 su stəkanı albalı suyu, 2 su stəkanı şəftəli suyu, 1 su stəkanı limon suyu, Bol buz, 1 porytağal və ya limon dilimi. Arzuya görə şəkər tozu, Hazırlanması:  Meyvələri  mətbəx robortunda çırpın. Kokteyl stəkanlarına alın. Içərisinə buz əlavə edin. Kənarını limon və ya portağal dilimi […]

0

Ev üsulu buzlu çay

4 nəfərlik Lazım olanlar: 2 stəkan çay dəmi 2 çay qaşığı toz şəkər 2 ədəd orta ölçülü şaftalı 4 halqa limon dilimi 4  ədəd nanə budağı Hazırlanma qaydası: Çayı dəmləmədən soyuq suyun altında tutub yuyun. Sonra 2 stəkan dəm əldə edəcək şəkildə dəmləyin. Çayı dəmləyərkən 5 çay qaşığı quru çay istifadə edin. 10 dəqiqə dəmlədikdən […]

0

Şam fıstığı şərbəti

Lazım olanlar: 50 q şam fıstığı, 2 su stəkanı şəkər tozu, 1 qəhvə fincanı gül suyu, 1 l su, Hazırlanma qaydası: Su və şəkəri qazana alıb qaynadın. Qazanı ocaqdan alın. Gül suyunu və limon suyunu da əlavə edib qarıışdırın. Qarışığı bir qaba doldurub soyuducuda soyumaya  qoyun. Stəkanlara paylaşdırıb üzərinə şam fıstığını əlavə edərək  servis edin.

0
Pages:12345