Min Bir Dad

Posts Categorized / Məzələr

Lor pendirli bibər turşusu

Lazım olanlar 1 kg duzlu lor pendiri, Yarım litr süt, 1 kg yaşil və qırmızı kiçik  acı bibər, Zeytun yağı, Hazırlanması : Lor pendiri və südü bir qaba alıb  qarışdırın. Üzərini möhkəm bağlayıb soyuducuda 1 gecə soyuducuda saxlayın. Bibərləri yuyub  sap hissələrini qapaq şəklində kəsin. Çəyirdəklərini təmizləyin. Kağız dəsmal ilə yaxşı-yaxşı qurudun. Bibərlərin içini südlü […]

0

Pomidor sosu

  Bişmə: 70 dk. Hazırlıq: 20 dk. Ərzaqlar: 5 kq pomidor, 3 ədət qırmızı soğan, 5 ədət kök, 2-3 ədət kərəviz , 1 sustəkanı  zeytun yağı, Duz, 10 dənə istiot, Təzə  fəsləyən (1/2 dəstə), Təzə kəklik otu, (1/2 dəstə), 1 baş sarımsaq, 5 ədət mixək, Hazırlanması: Pomidorları böyük parçalar halında kəsib geniş bir qaba qoyun. […]

0

Döymənc

Lazım olanlar: Alça (bərk yaşıl və ya qırmızı) – 1 kq Sarımsaq – 2 diş Reyhan – 1/3 dəstə Keşniş – 1/3 dəstə Duz – zövqə görə Hazırlanma qaydası:  Alçaları yuyub kubik şəklində doğrayın (əsl döyməncdə əzilməlidir). Sarımsağı, reyhanı və keşnişi çox xırda şəkildə doğrayıb alçaya əlavə edin. Sonra üzərinə duz əlavə edin və hamısını […]

0

Qiyməli çığırtma

Lazım olanlar: Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. Hazırlanma qaydası: Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur. Qiymənin üzərinə çalınmış yumurta […]

0

Göbələk çığırtması

LAZIM OLANLAR: Bir pay üçün: 263 q təzə göbələk, 20 q yağ, 30 q baş soğan, 2 ədəd yumurta, 5 q cəfəri, istiot və duz. Hazırlanma qaydası Təzə ağ göbələk soyuq suda yuyulub qabığı soyulduqdan sonra xırda doğranır və soğan qatılaraq yağda qızardılır. Bunun hamısı tavanın içinə qoyulub üstünə çalınmış yumurta tökülür və fırında bişirilir. […]

0

Badımcan çığırtması

LAZIM OLANLAR: Hər payına 250 q badımcan, 50 q baş soğan, 25 q yağ, 2 ədəd yumurta, 15 q cəfəri, istiot və duz. Hazırlanma qaydası: Badımcanın qabığı soyulub uzunsov doğranır, duz vurulru, acı suyu sıxılıb çıxardılır. Soğan qatılıb yağda qızardılır. Hamısı birlikdə tavanın içinə qoyulub üstünə çalınmış yumurta tökülür və duxovkada bişirilir. Süfrəyə verilən zaman […]

0

Ovdux-doğramac

Lazım olanlar: Qatıq – 200q, Su – 100 q, Təzə xiyar – 100 q. Göy soğan – 40 q. Keşniş – 10 q. Şüyüd – 10 q. Reyhan – 5 q, Yumurta – 1 ədəd. Mal əti – 100 q. Duz – zövqə görə. Sarımsaq– zövqə görə. Hazırlanma qaydası:  Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su […]

0

Südlü sıyıq

Lazım olanlar: Hər pay üçün: 250 q süd, 50 q düyü, 10 q kərə yağı, 20 q şəkər, 1 q darçın, 0,05 q zəfəran, duz. Südün içinə 1:1 nisbətində su qatılıb qaynadılır.  Daha öncədən yarımbişirilmiş düyü, duz vurularaq zəif odda bişirilir. Süfrvyə verilməzdən qabaq üstünə zəfəran şirəsi (2 q zəfəran 50m3 isti suda açılır), habelə […]

0

Güllac

Lazım olanlar: 8-9 dənə güllac (bunu marketlərdən hazır almaq olar), 5 stəkan süd, 1 stəkan şəkər, Döyülmüş qoz, Mövsüm meyvələri ilə  bəzəyə bilər, nar dənələri səpə bilərsiniz. Hazırlanması: Südü şəkərlə birlikjdə ilıq hala gətirin. Yarpaq güllacın birini siniyə yerləşdirin. Balaca sini olsa güllacın kənarlarından qırıb üst –üstə qoya bilərsiniz. Ilıq südü güllaca yedirdərək tökün. Aralarına […]

0

Közlənmiş badımcan, pomidor, bibər sosu

Lazım olanlar: 2 kq badımcan, 1 kq qırmızı bibər, 1-1,5 kq pomidor, 2 ədəd orta boy soğan, 10 diş sarımsaq, 1 şorba qaşığı pul bibər, 1 şorba qaşığı duz, Sos hazırlamaq üçün: Badımcanı, bibəri közləməyə başlayın. Ya fırında , ya da ocaqda közləyə bilərsiniz. 2 ədəd soğanı soyub küp-küp yeməklik doğrayıb yağda qovurun. Sarımsaqları da […]

0