Min Bir Dad

Posts Categorized / Məzələr

Fırında holland pendirli göbələk

Lazım olanlar: 1 paket göbələk, 1 stəkan rəndələnmiş holland pendiri, 1 ədəd qırmızı köz bibər, Hazırlanması: Göbələklərin saplarını çıxardın. Təmiz yuyun. Fırın sinisinə düzün. Incəçik doğranmış köz bibər və pendiri qarışdıraraq göbələyin içinə doldurun. 180 dərəcə qızdırılmış fırında pendirlər əriyib qızarana qədər fırında saxlayın. Fırından aldıqdan sonra servis tabağına düzün.

0

Humus

Lazım olanlar: 2 stəkan noxud, 1 stəkan tahin, Yarım stəkan zeytun yağı, 2 limon, 3 çay qaşığı cirə, Yetərincə duz, Bir az cəfəri Hazırlanma qaydası: Bir gün əvvəldən təmizlənmiş noxudları duzlu suda isladın. Ertəsi gün noxutlar bol suda yaxşıca bişirilir. Suyu süzülür. Qabıqları soyulur. Əzmə maşınından keçirdilir. Elə bir maşın  yoxdursa taxta qaşıqla əzin. Ayrı […]

0

Qurut

Lazım olanlar Süzmə Duz Hazırlanma qaydası Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür-süzmə hazırlanır. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurutu isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlula sarımsaq qatmaq və ya sarımsaqsız istifadə etmək olar.  

0

Qatıqlı qozlu çörək

Lazım olanlar: Köhnə çörək içi, 1 fincan döyülmüş qoz, 400 q  qatıq, Bir neçə yemək qaşığı zeytun yağı, 3-4 diş sarımsaq, Bəzək üçün: 200-300 q qatıq, Hazırlanma qaydası: Əvvəlcə köhnə çörək içini çıxardıb ufalayın. Qatıq və əzilmiş sarımsağı zeytun yağına qatın. Içinə bir az əzilmiş qoz əlavə edin. Salat qabına əvvəlcə br qat qatıqıqlı çörəkdən […]

0

Cücə şəkilli kartof püresi

Lazım olan ərzaqlar: Kartof, Istiot, Çörək otu, Kök, Hazırlanması: Bişirilib rəndələnmiş kartofların üzərinə qatıq, duz, yağ, limon suyu da əlavə edərək yoğurun. Cəfəri yarpaqlarından ayaqkimi istifadə edin. Sonra cəfərinin üzərinə hazırladığımız kartof yumrularını da qoyun. Gözlərini çörək otu ilə düzəldin. Ağız- burnunu  isə kökdən hazırlayın.

0

Qırmızı bibər dolması

Lazım olan ərzaqlar: 2 dənə kök, 6 dənə qırmızı bibər, 4 dənə  incə badımcan, 2 dənə yaşıl soğan, Duru yağ, Duz, Hazırlanması: Badımcanları gözəlcə yuyun. Qabıqlarını alacalı soyun. Sonra küp-küp doğrayın. Kökləri də soyub yuyun. Onları da küp-küp doğrayın. Bir tavaya duru yağ qoyun. Yağın qızmasını gözləyin. Kök və badımcanları yağın içinə qoyub qızardın. Qızartdığınız […]

0

Közlənmiş badımcan, pomidor, bibər sosu

Lazım olanlar: 2 kq badımcan, 1 kq qırmızı bibər, 1-1,5 kq pomidor, 2 ədəd orta boy soğan, 10 diş sarımsaq, 1 şorba qaşığı pul bibər, 1 şorba qaşığı duz, Sos hazırlamaq üçün: Badımcanı, bibəri közləməyə başlayın. Ya fırında , ya da ocaqda közləyə bilərsiniz. 2 ədəd soğanı soyub küp-küp yeməklik doğrayıb yağda qovurun. Sarımsaqları da […]

0

Damla sakkızlı sütlac

Lazım olan ərzaqlar: 1, 5 çay stəkanı düyü, 1 su stəkanı şəkər, 1 litr süd, 1 parça damla sakkızı, 2 yemək qaşığı nişasta, 1 paket vanilin, Hazırlanma qatdası: Düyünü 3-4 su stəkanı suda bişirin. Düyülərin bişdiyini hiss etdikdən sonra 5 dəqiqə ocaqdan düşürdüb dincə qoyun. Sonra təkrat atəşə alıb südü və nişastanı əlavə edin. Qaynayana […]

0

Pendirli kartof topları

Lazım olanlar: 4-5 ədəd bişmiş kartof, 1 kiçik kök, 1 dəstə cəfəri, Yarım kasa penduir, Duz, Istiot, Qırmızı bibər, 3 çorba qaşığı duru yağ, Hazırlanması: Bişmiş kartofları dərin bir kasaya rəndələyin. Üzərinə kökü də rəndələyin. Cəfərini incə-incə doğrayıb kasaya tökün. Pendiri, duru yağı və ədviyyatları da kasaya əlavə edib əlinizlə qarışdırın. Qarışıqdan qoz böyüklüyündə parçalar […]

0

Şakşuka

    Lazım olanlar: 2 pomidor, Yarım alma, 1 orta soğan, 2 diş sarımsaq, 1 dəstə cəfəri, Zeytun yağı, Pul bibər, Istiot, duz, Hazırlanması: Tavanı ocağa qoyun. Bir miqdar zeytun yağı tökeün. Taxta qaşıqla tavaya yayın. Sarımsaqları doğrayıb tavaya atın. Soğanları doğrayıb əlavə edin. Qovurmanı davam edin. Səbzələri doğrayın. Kök, kabak, badımcanları tavat=ya əlavə edin. […]

0
Sayfalar:1234567