Min Bir Dad

Çeçil pendir

Çeçil pendir 

Çeçil pendir

Çeçil pendir 

Çeçil pendir

Çeçil pendir, əsasən Ağbaba Mahalında hazırlanan bir pendir növüdür.

Çeçil pendir hazırlandıqdan sonra dəyməsi üçün əvvəlcə qoyun dərisindən  motal  hazırlanırdı və çeçil pendiri  bu motal içərisində gözlədilirdi.

Xüsusi ilə rəngi yaşıla çalan çeçil pendir daha da ləzzətli olur. Çeçil pendir əslində ən yaxşı antibiotikdir.

Pendir hazırlamaq üçün lazım olanlar:

  • Yağsız inək südü: 7-8 litr
  • Turşumuş inək südü: təqribən: 1,5 litr
  • Pendir mayası (evdə qursaqdan da hazırlamaq mümkündür).
  • Bu zaman pendir daha ləzzətli olur.

Çeçil pendirin  hazırlanma qaydası:

  • İnək südü əvvəlcə təqribən 30 dərəcəyə qədər isidilir.
  • Bu 30 dərəcəyə isidilən inək südünün içərisinə turşumuş süd əlavə edilir.
  • İsidilmiş inək südü ilə turşumuş süd bir – birinə qarışdırılır.
  • Bu qarışdırılan südlər, sərin bir yerdə gözlədilir.
  • Bu proses təqribən 10-18 saat davam edir. 10-18 saat gözlədilib dincəldilən süd artıq pendir hazırlamaq üçün hazırdır.
  • 10-18 saat gözlədilib dincəldilən südə maya (qursaq mayası) əlavə edilir.
  • Mayanın fermentasiyası üçün mayalı süd 15 dəqiqə yenə gözlədilir.
  • 15 dəqiqə sonra mayalanmış süd təqribən 60 dərəcəyə isidilir.
  • Bu isitmə fəaliyyəti təqribən 45 dəqiqə davam edir.
  • Vam odda 45 dəqiqə isidilən mayalı süddən yavaş – yavaş dələmə pendiri meydana gəlməyə başlayır.
  • Bu zaman isti qarışığın üzərinə şəffaf maye meydana gəlməyə başlayır.
  •  Bu şəffaf maye mümkün olduğu qədər bir qab vasitəsi ilə pendir olan qazandan alınır.
  • Şəffaf mayenin bir hissəsi alındıqdan sonra dələmə pendiri yavaş-yavaş qarışdırılaraq bişirilir.
  • Bundan sonra dələmə pendiri elə eyni qazanda da isti – isti yoğrululur.
  • Bişib yoğrulan dələmə pendiri daha sonra  çəkilib yoğun kəndir kimi uzadılır.
  • Bu nazik uzun pendir kütləsi  bir ağac asqı üzərinə “V” hərfi formasında asılaraq təqribən 0,5 – 1 saat gözlədilir.
  • Bu zaman çeçil pendir həm soyuyur, həm də artıq suyunun bir hissəsini verir.
  • Artıq pendir hazırdır.
  • İstəyə görə çeçil pendir qaba toplanırkən üzərinə duz səpilir.
  • Bu zaman ləzzətli və sağlamlıq üçün qaya duzu istifadə etmək məsləhətdir.
  • Yaxıd da duz vurmadan pendirin öz mayesinin içərisində saxlamaq mümkündür.
  • Motal pendiri hazırlayarkən pendir təmiz suyla yuyulur, suyu təmizləndikdən sonra pendir duzlanır, didilir və motala əlavə edilir.

So, what do you think ?