sayfa içeriği

Min Bir Dad

Çiyələk mürəbbəsi

Çiyələk mürəbbəsi

çiyələk mürəbbəsi

Çiyələk mürəbbəsi

Çiyələk mürəbbəsi

  • Çiyələk mürəbbəsi 60 dəqiqəyə hazırlanır.
  • 6-8 nəfərlik üçün
  • 423 kalori 

Qəhvəaltı süfrələrimizin baş tacı olan “Çiyələk mürəbbəsi”ni evdə özünüz daha rahatlıqla hazırlaya bilərsiniz.  Çiyələk mürəbbəsini  necə hazırlamaq olar ?sulınızın  cavabını 1001 dad saytımızın  mətbəx bölümündən tapa bilərsiniz. Biz sizlər üçün ən ləzzətli “Çiyələk mürəbbəsi” tərifini təqdim edirik. Buyurun birlikdə mürəbbəmizi bişirməyə davam edək.

Mürəbbə tərifləri arasında mühüm yer tutan, ən çox oxunan təriflərdən biri olan “Çiyələk mürəbbəsi” tərifini oxuyaraq hazırladığınız çiyələk mürəbəsini böyük bir keyflə və sevdiklərinizlə birlikdə nuş etməyiniz arzusuyla!

Çiyələk mürəbbəsi hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 1 kq təzə çiyələk,
  • 1 kq toz şəkər,
  •  Yarım limon,
  • Su

Çiyələk mürəbbəsinin hazırlanma qaydası: 

  • Ev şəraitində çiyələkdən ləzzətli və asan mürəbbə hazırlamaq üçünhazırlamaq üçün əvvəlcə çiyələkləri dərin bir qabda bol suya qoyun.
  • Suyunu bir neçə dəfə dəyişdirin ki, meyvələrin qumu təmizlənsin.
  •  Çiyələkləri yuduqdan sonra aşsüzənə yığın suyu süzülsün.
  • Bundan sonra yuyulub suyu yaxşıca süzülən çiyələklərin   saplağını qopardın.
  • Təmizlədiyiniz çiyələkləri bir qazana yığın və üzərinə 4 stəkan şəkər tozunu əlavə edib çiyələk mürəbbəsini bişirmək üçün hazırlayın.
  • Qazanın qapağını örtüb bir gün gözlədin.
  • Gözlətdikdən sonra çiyələyi yarım saat qaynadın və ocağı söndürənə yaxın limonu əlavə edin.
  • Bunun üçün əvvəlcə limonu təmiz-təmiz yuyun və rəndələyin .
  • Bişən ləzzətli mürəbbəni isti halda təmiz şüşə qablara doldurun.
  • Bundan sonra mürəbbə doldurduğunuz bankanın qapağını möhkəm olaraq hava keçməyəcək şəkildə bağlayın.
  • Bu zaman xüsusi ilə diqqət etmək lazımdır ki, bankanın ağznı bağlayacağımız qapaqlar quru olsun.

Nuş olsun.

Bənzər çiyələkli reseptlər: 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *