Min Bir Dad

Çiyələk mürəbbəsi

 

Çiyələk mürəbbəsi

Çiyələk mürəbbəsi

Çiyələk mürəbbəsi bişirmək üçün lazım olanlar:

  • Təmizlənmiş çiyələk: 1 kiloqram,
  • Şəkər tozu: 1 kiloqram,
  • Limon: 0,5 ədəd və ya limon duzu: 0,5  kiçik qaşıq,

Çiyələk mürəbbəsi hazırlanma qaydası:

 

  • Çiyələk mürəbbəsi bişirmək üçün əvvəlcə çiyələklər ayırtlanır.
  • Ayırtlandıqdan sonra yuyulur və süzgəcə qoyularaq suyunun süzülməsinə nail olunur.
  • Yuyulub suyu süzülən çiyələklər bundan sonra dərin  bir qazana qoyulur.
  • Qazandakı çiyələklərin üzərinə şəkər tozu əlavə edilir.
  • Üzərinə şəkər tozu qoyulmuş çiyələkləri bir gün  (ən az 10 saat) burada gözlədirik.
  • Bu zaman çiyələk və şəkər tozu olan qazanın ağzı mütləq bağlı olmalıdır.
  • Şəkərlə gözlədilən çiyələklər suyunu verir.
  • Bir gün gözlədikdən sonra çiyələk mürəbbəsini bişirmək olar.
  • Bunun üçün içərisində şəkər tozu və çiyələk olan qazanı ocağın üzərinə qoyuruq.
  • Orta temperaturda çiyələk mürəbbəsi qaynamağa başlayandan sonra 40 – 45 dəqiqə qaynadırıq.
  • Arada qazanın üzərində meydana gələn köpüklər bir qaşıq və ya kəfgir vasitəsi ilə alınır.
  • Çiyələk mürəbbəsi qatılaşana qədər vam odda qaynadılıb bişirilir.
  • Bişən çiyələk mürəbbəsinə limonun suyunu sıxırıq (və ya limon duzunu vururuq).
  • Bundan sonra mürəbbə təqribən beş dəqiqə yenə qaynayır və bundan sonra ocağın üzərindən götürürük.
  • Mürəbbənin temperaturu ilıqlaşdıqdan sonra şüşə qablara alınır və ağzı hermetik bir şəkildə bağlanır.

Çiyələyin faydaları:

Çiyələyin faydaları nədir?

Xolesterol:

İspanyanın Salamanca Universitetinin apardığı araşdırmaya görə tez tez çiyələk yemək, LDL xolesterol səviyyəsini aşağı salır

Antioksidant:

Xəstəliklərə qarşı bədənin müqavimətini artıran, xərçəngə qarşı qoruyan, Alzhaimer risqini azaldan, ürək və damar sağlamlığını qoruyan, xüsusi ilə də yaşlanma ilə əlaqədar problemləri azaldan antioksidantlar çiyələyin tərkibində çox miqdarda var.

Diyabet:

Şəkərli diyabet xəstələri çox vaxt şirin dadı olduğu üçün çiyələk yemirlər. Ancaq əslində 1 kasa çiyələk faydalı bir qida ola bilər. Həm də qan şəkər səviyyəsini qoruyar, yüksəltməz.

Çiyələyin lifli quruluşu insanda çoxluq hissi yaradır və karbohidrat qəbul etməsini azaldır.

 

Çiyələk mürəbbəsi

 

Bənzər çiyələkli reseptlər: 

So, what do you think ?